MENZIL

Bakıda mənzillərin bahalaşmasına səbəb nədir?

Baxış sayı: 637

Qlobal mənzil böhranı həyəcanverici bir reallıqdır. Böyük şəhərlərdə bir çox mənzillər boşdur, çünki getdikcə daha çox insan bu mənzillərdə yaşaya bilmir. Səbəb isə qiymətlərdədir – pandemiya, tikinti materiallarının qiymətlərinin artması və kvadrat metrə görə qiymətlərə təkan verən ümumi inflyasiya fonunda onlar artmağa davam edir.

Koronavirus pandemiyası ölkəmizdə mənzil problemini kəskinləşdirdi, çünki genişmiqyaslı qiymət artımının və pulun dəyərdən düşməsinin zirvəsində mənzillərin qiyməti də artmağa başladı. Ən əsası isə bütün bu proseslər əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi tendensiyası ilə ziddiyyət təşkil edir.

elnur ferzeliyev

Daşınmaz əmlak bazarının analitikləri əmindirlər ki, keçən ilki kvadratmetrlərin qiymətində təsvir edilən və sözügedən bahalaşma bu ildə də davam edəcək. Bu sahə üzrə mütəxəssis Elnur Fərzəliyevin dediyinə görə, tikinti mallarının bahalaşması, tikinti üçün torpaq sahələrinin qıtlığı belə qənaətə gəlməyə səbəb olur.

Onun sözlərinə görə, problem müvafiq idarələrin məhdudlaşdırıcı qərarları olmadan ötüşməyib: “Tikinti şirkətləri binaların altındakı qeyri-yaşayış sahələrinin satışından pul qazandıqları üçün, qiymətləri yeni tikililərin altındakı obyektlərin istismarına qoyulan qadağalar da artırıb. Yeni qaydalar belə bir fürsəti əhəmiyyətli dərəcədə azaldır ki, bu da öz növbəsində mənzillərin qiymətinə təsir edir. “Pilot” adlandırılan layihələr çərçivəsində şərtlər də onlara təsir edir”.

“Məsələn, MTK beşmərtəbəli binanı sökürsə, yenidən tikilən yeni binada kirayəçilərə mənzillər vermək və ya köhnələrinin dəyərini ödəmək lazımdır. Elə olur ki, yenidən tikilən mənzillərin hətta yarıdan çoxu köhnə kirayəçilərə verilməlidir. Bütün bunlar təbii ki, tikintinin qiymətini artırır və yerdə qalan kvadratmetrlərin qiymətini qaldırır. Təklif çatışmazlığı şəraitində artan tələb də qiymət artımının əsasını təşkil edir. Bunu ipoteka kreditləşməsinin artım tendensiyaları da göstərir, tikinti şirkətləri vasitəsilə verilən daxili kreditlər adlanan kreditlərin populyarlığı artmaqdadır. Bütün bunlar artan tələbin göstəricisidir, lakin büdcə variantlı təkliflər hələ idealdan çox uzaqdır”, – deyə ekspert bildirib.

Fərzəliyev mənzil qiymətlərinin sabitliyini qorumaq üçün inşaatçılara dövlət dəstəyinə ehtiyac görür ki, bu da müəyyən vergi güzəştləri ilə ifadə oluna bilər və ya sosial (oxuyun – “pilot”) layihələr üçün köhnə mənzillərin sökülməsi prosesində xərclərin azaldılmasında dövlət yardımı ilə ifadə edilə bilər: “Bununla belə, “ikinci dərəcəli mənzil” bu gün yerlərdə yeni mənzillərlə eyni qiymətə başa gəlir. Bu situasiya köhnə mənzil fondunun çox vaxt mənəvi və fiziki cəhətdən köhnəlməsinə baxmayaraq – bu, həm işləməyən lift avadanlığı, həm də istehlak ömrünü başa vurmuş kommunikasiyalar fonunda inkişaf edir”.

Elnur Azdov

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov da təsdiqləyir ki, qiymətlər son bir ildə və ən çox tikinti şirkətləri seqmentində xeyli artıb: “Bizim hesablamalarımıza görə, yenidən satılan mənzillər 5-10 faiz, tikinti şirkətlərindən ilkin təklif isə 15-20 faiz bahalaşıb. Qiymətlərin dinamikasına tikinti şirkətləri üçün yeni vergitutma formasının tətbiqi təsir göstərib. Bu gün inşaatçılar ümumi mənfəətin 18 faizini ödəyirlər və bu, mənzil fondunun qiymətində əks olunur”.

“Qiymət artımına son iki-üç ildə tikinti layihələrinə tətbiq edilən yeni standartlar da təsir edib. Əgər əvvəllər bir hektar sahədə 40-50 min kvadratmetr daşınmaz əmlak tikmək mümkün idisə, yeni norma cəmi 25-30 min kvadratmetr tikməyi tələb edir. Bu cür sürprizlər vergitutmada yeni yanaşmalar və tikinti məhsullarının bahalaşması ilə yanaşı tikinti şirkətlərinin fəaliyyətinə və onların qiymət siyasətinə mənfi təsir göstərir”, – deyə həmsöhbətimiz vurğulayır.

 

Tanya Samsonova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir