Beyine zererli qidalar

Beyninizin qayğısına qalmaq üçün 4 TÖVSİYƏ

Baxış sayı: 1. 479

Vücudunuzdakı bəzi orqanlar gündəlik rasionunuza daxil etdiyiniz bəzi qidaların təsiri nəticəsində funksiyasını itirə bilər. Yaxın zamanlarda aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi qidalar 4 gün içində beyinin çökməsinə səbəb olur.

ABŞ-da aparılan bir araşdırma nəticəsində beyinin hansı qidalardan zərər gördüyü məlum olub. Araşdırmada iştirak edənlər 4 gün ərzində səhər yeməyində şəkər və kəskin yağlı qidalar yeyib. Daha sonra bu insanların beyin qırışları və hərəkətləri müşahidə edilib. Məlum olub ki, onların düşünmək və xatırlamaq bacarıqları gündən-günə mənfiyə doğru gedib. İngiltərədə aparılan bənzər araşdırma isə insanların diqqət və hafizə funksiyalarının zərər gördüyünü ortaya qoyub. İdeal çəkiyə sahib olmayanlarda beyin daim ya aclıq, ya da toxluq hiss edər. Bu durumda mədəyə gedən sinir hüceyrələrinə əngəl olar. Beləliklə, infarkt, insult, iflic, diabet, sümük əriməsi və mədə-bağırsaq kimi xəstəlikləri ortaya çıxar.

 

Günəbaxan

Günəbaxan yağı istiliklə təmasa keçəndə zərərli maddə buraxaraq yüksək xolestrollu maddələr istehsal edər. Bu maddələr ürəyə mənfi təsir göstərir, qan dövranını pisləşdirir. Nizamsız qan dövranı sinirlərin sağlam şəkildə beyinə getməsinin qarşısını alır. Beyində sağlam hüceyrələrin azalmasına səbəb olur.

 

Xəmir yeməkləri

Şirniyyatlar, xəmir yeməklərinin tərkibində yüksək səviyyədə kabrohidrat olduğundan kəskin yağlanma yaradır. Çox yağlılıq vücudu kötük kimi edir. Bununla bərabər, beyində bəzi neyronlar deformasiya olur. Neyronlar azaldıqca unutqanlıq kimi narahatlıqlar əmələ gəlir.

 

Hazır ət məhsulları

Sosis, kolbasa kimi ət məhsulları sinir sisteminə mənfi təsir göstərir. Bunun nəticəsində beyində degenerativ beyin pozuqluğu yaranır. Alzaymer kimi xəstəliklərin başlanğıcı burada qoyulur.

 

Şəkər

Vücuda daxil olan fabrikat şəkərlər qandakı şəkərin səviyyəsini artırır. Bu maddə beyinə qədər gedir. Beyində şəkərin faizi artdıqca, protein azalır. Beləliklə, insanın öyrənmə qabiliyyəti itir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir