biznes

Biznesmenlərin üç səhvi və onları aradan qaldırma yolları

Baxış sayı: 724

Minlərlə dərslər vardır ki, onları cəmi bircə dəfə öyrənmək iş adamlarına kifayət edir. Məsələn düzgün balans cədvəli qurmaq, cash flow (nağd pul axını) hesabatını hazırlamaq və s. Amma elə dərslər də vardır ki, biz onları zaman ötdükcə hər dəfə yenidən və dönə-dönə öyrənirik- bu çətinliklər bizim biznesdə artıq nə qədər müddət olmağımıza qətiyyən baxmır.

Hətta biz bilsək də ki, bu şeyləri etmək bizim marağımızda deyil, yenə də onları etməyə davam edirik- məsələn yatmağa getməkdən qabaq daha bir dəfə elektron poçtumuza baxırıq (daha nə  oxumalıyıq fikri ilə sadəcə yuxumuzu itiririk), biz hətta bizim məqsədlərimiz ilə üst-üstə düşməyən, əlaqəli olmayan fürsətlərə, şanslara da “hə” deyirik (əslində isə sadəcə öz narahatlıqlarımızı daha da artırır və özümüzü daha yaxşı fürsətlər axtarmaq imkanından məhrum edirik, yəni buna heç gücümüz də qalmır). Biz həqiqətən də görmək istədiyimiz işin əvəzinə qarşımıza çıxan bütün işləri görməyə razılıq veririk (yalnızca gözəl reputasiya yaratmaq əslində, bizim məhz nə ilə tanınmaq istədiyimizi tam ortaya qoymur, yəni bizim nə ilə yadda qalmaq istəyimizi əks etdirmir).

Bir çox biznesmenlər bu cür davranışın qurbanı olduğuna görə özləri-öz biznesindən istefa edirlər. Lakin bu pis adətlərin çox ümumi olması və onlardan imtina etməyin çox çətin olması o demək deyil ki, siz cəhd etməyi dayandırmalısınız. Gəlin sizə yeni yanaşma təklif edək.

İlk addım problemin olmasını qəbul etməkdir ( məgər belə deyil?).  Özünüzə aydınlaşdırın ki, bu heç də şəraitdən asılı amillər  və ya sizin peşəkar təcrübənizin bir hissəsi deyil, gerçəkdə onlar  pis vərdişlərdən başqa bir şey deyildir. Necə ki, bəzi insanlar dırnaqlarını yeyir və ya başqalarının sözünü kəsir, bu ətrafdakılar isə bunun pis vərdiş olduğunu deyir və həmin adamı buna qarşı mübarizə aparmağa səsləyir. Bu cür formalaşmış və əksər hallarda avtomatik xarakter almış davranış tərzini qırmaq üçün spesifik və profilaktik  yanaşmaya ehtiyac duyulur- köhnə dəbli məqsədlər, həvəsləndirici taktika və mükafatlar işə yaramır.

Burada iş adamlarının meyl etdiyi üç pis vərdiş və onları ən yaxşı şəkildə necə  dəf etmək üçün tövsiyələr göstərilib:

1. Özünü məsuliyyətlə çox yükləmək

Niyə bu problemdir: yeni cəhdlər etmək və yeni açılan fürsətlərə hə demək çox cəlb edici, lakin eyni zamanda da aldadıcıdır. Siz həddindən çox “hə” dedikcə, daha çox istiqamətlərə parçalanırsız. Siz ifrat dərəcədə çox məşğul olduqda sizin yaradıcı düşünmə qabiliyyətiniz çox ağır zərbə alır, amma nəzərə alın ki, biznes qurmaq üçün ən çox tələb olunan amil də məhz yaradıcılıqdır. Siz çox yorğun olursunuz və ümumilikdə hər şeyin keyfiyyəti də aşağı düşür.

Məqsəd: təmiz beyinə sahib olmaq. Istənilən bir vaxtda sizin fikirlərinin çox az sahələrdə fokuslaşmalıdır, ya üç ya dörd istiqamətdə. Digər təşəbbüslərə isə ikinci dərəcəli önəm vermək lazımdır və sizin biznes məqsədinizlə əlaqəsi olmayan fürsətləri isə ümumiyyətlə bir kənara qoyulmalı, təxirə salınmalıdır.

Motivasiya: öz iş vaxtınızı parçalamaq və onu hədərə sərf etmək əvəzinə, yalnız işdən kənar və şəxsi vaxtınızı qarışıq və əlavə məsələlərin, tapşırıqların həllinə sərf edin. Iş belədir ki, siz yeni şeylərə “yox” deməklə daha ağıllı hərəkət etmiş olacaqsınız, çünki bilirsiniz ki, onlara sərf etdiyiniz vaxt iş saatlarından kənardır.  

Mükafat: həqiqətən də əhəmiyyət kəsb edən işlər üzərində fokuslaşmaq ilə siz daha çox məhsuldar və daha az qıcıqlı olarsınız. Sizin öyrənməyə, inteqrasiyaya və yaradıcılığa daha çox vaxtınız qalar. Və bütün bunların təksə sizin üçün deyil, həm də sizin biznes üçün böyük faydaları olacaqdır   

2. Öz sərhədlərinə və qaydalarına məhəl qoymamaq

Niyə bu problemdir: çox güman ki, siz bir zaman biznesmen olmağa qərar verəndə özünüzə müəyyən sərhədlər, limitlər və qaydalar tərtib etmişiniz. Məsələn, hər həftədən bir bütün növ işdən uzaq, azad bir gün və ya gecənin müəyyən vaxtında kompüteri söndürmək. Düzdür sonra işlər daha da çoxlar və belə deyək də sizin tələbləriniz,  müştərilərin tələbləri tərəfindən sıradan çıxarılır. Müştərilər kompromisə getmir, amma siz özünüzə qarşı gedirsiniz.

Amma siz bunu çox müntəzəm şəkil etdikdə, kompüteri söndürəcəyiniz vaxt gəlib çıxmır. Beləliklə siz özünüzü istirahətdən, dincəlməkdən məhrum edirsiniz, qüvvələri bərpa etmək və işə yeni enerji ilə başlamaq şansını itirirsiniz. Qarşınıza çıxan cavanlaşma və gümrahlaşma imkanları qurban verirsiniz. Siz həmçinin ailənizə, dostlara və sevdiyiniz işləri görməyə sərf etməli olduğunuz vaxtdan da  vaz keçmiş olursunuz.

3. Məqsəd

 Şəxsi və iş həyatı arasında gerçək tarazlıq strukturu yaratmaq, gündəlik, həftəlik, aylıq və ya illik olmasından asılı olmayaraq, həm iş saatlarının, həm də şəxsi həyata ayırdığınız vaxtı keyfiyyətini optimallaşdırmaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir