boyrek

Böyrəkləri sıradan çıxaran gündəlik vərdişlər

Baxış sayı: 1. 305
Böyrəklər qanı təmizləyən və bədənin metabolizm tullantılarını aradan qaldıran orqandır. Bədənin maye elektrolit balansını və turşu-baz balansını yaxşılaşdırır. Belə vacib orqanın sıradan çıxması orqanizm üçün böyük təhlükədir.
Çox qəbul edilən protein  vücudda amonyak yaradır. Böyrəklər isə bunun həzmi üçün daha çox çalışır və gücünü yavaş-yavaş itirir.
İstifadə edilən duz, böyrək üçün başlıca təhlükə mənbəyidir. Çox istifadəsi böyrəklərin sıradan çıxmasına səbəb olur.
Böyrəklərin qoruyucusu sudur desək yanılmarıq. Vücud xeyli su itirdiyi zaman işini dayandırır. Orqanın normal çalışa bilməsi üçün suya ehtiyac böyükdür.
Gündə 10 stəkan su içərək bunu təmin edə bilərsiniz. Yetəri qədər su içib-içilmədiyini sidik rəngindən anlamaq mümkündür. Sağlıqlı sidiyin rəngi sarıdır.
Əgər yetəri qədər su içirsinizsə bu rəng açıq sarı olur.
Siqaretdən istifadə zamanı damarlar daralır və sərtləşir. Bu vəziyyət isə böyrəklərlə yanaşı bütün orqanizmə qan paylaşımına mənfi təsir göstərir.
Spirtli içkilərin qəbulu böyrək borularının tıxanmasına və daşlaşmasına gətirib çıxarır.
Ağrıkəsici dərmanlardan çox istifadə bu orqanın zəifləməsinə səbəb yaradır.
Şəkərli diabet xəstəliyinə qarşı dərmanlar doğru şəkildə istifadə edilmədikdə böyrək çatışmazlığı yaradır.
Maryland universitetində aparılan araşdırmaya görə, orqanizmdə B6 vitamini əksik olduğu zaman böyrək daşı yarana bilər.
Qeyd edək ki, noxud, nişastalı tərəvəzlər, balıq B6 vitamini zəngin olan qidalardır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir