ag ciyer

Bu 2 qida ağciyərlərin yaşlanmasını zəiflədir – ARAŞDIRMA

Baxış sayı: 1. 416

Siqaret çəkməyin insan orqanizmi üçün ən təhlükəli vərdiş olduğunu hər kəs bilir. Buna baxmayaraq, ondan istifadə edənlərin sayı elə də az deyil. Bəs siqaretin zərərli təsirlərini azaltmaq mümkündürmü? Sizə bununla bağlı olduqca faydalı məlumatı təqdim edirik.

Hər gün 3 alma və ya 2 pomidor yemək siqaretin səbəb olduğu zədəni sağalda, eyni zamanda, ağciyərlərin yaşlanmasını zəiflədə bilir. Bunun üçün tək lazım olan şey almaların və pomidorların təzə olmasıdır.

Bir araşdırmaya əsasən, gündə 3 alma yemək ağciyərlərin təbii yaşlanmasını yavaşlatmaqda, siqaretin səbəb olduğu zədəni bərpa etməkdə kömək olur.

Araşdırmaçılar hər gün 2 pomidor yeyənlərin həyatları boyu sağlam olacağını kəşf edib. Bu 2 qidanın qoruyucu təsirləri sadəcə təzə olduqda görünür. Yəni konserv və ya işlənmiş pomidor, almalar sağlamlığınız üçün heç bir işə yaramaz.

Alma ciyərlərin inkişafı üçün yaxşı bir qaynaqdır. Ancaq siqaret çəkənlər müalicə edilməyəcək vəziyyətdədirsə, bu zaman həkimə müraciət etmək lazımdır.

650-dən çox şəxslə aparılan araşdırmada ağciyər funksiyaları dəyərləndirilib. Nəfəs alıb-vermə tutumlarını ölçən ağciyər testləri 10 il boyu təkrarlanıb. Araşdırmanın nəticəsinə görə, alma və pomidor yeyənlərin təbii yaşlanmaları yavaşıyıb.

Mütəxəssislər bildirir ki, siqareti tərgidənlərdə ağciyər zədələrinin bərpası sürətlə inkişaf edir. Bu da meyvələr baxımından zəngin bir pəhrizlə dəstəklənir. Hətta heç siqaret çəkməmiş biri olsanız belə, ağciyərin təbii yaşlanma müddətini yavaşlada bilmək üçün bu qidalardan yeyə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir