burc

Bu 5 bürcün nümayəndələri 2022-ci ildə ani qərarla evlənəcəklər

Baxış sayı: 366

Yeni ilin başlamasına bir neçə həftə qalıb. Pələng ilində insanları nələrin gözlədiyi ilə bağlı məlumatlar isə hamıya maraqlıdır.Bu yazıda sizə 2022-ci ildə sevgi ilə qarşılaşacaq bürcləri təqdim edirik:

Qız bürcü: Monoton keçən 2021-ci ildən sonra sizi sevgi dolu 2022-ci il gözləyir. Sevgilinizlə tanış olmaq və evlənmək mövzusunda bu il çox böyük şansa sahibsiniz. Xüsusilə, 2022-ci ilin mart ayına diqqət edin. Sadəcə xəyalınızdakı partnyoru deyil, hər mənada sizə dəstək ola biləcək biri ilə rastlaşacaqsınız. Həyatınıza girəcək bu şəxs sizə uğur gətirən tilsim olacaq. Onun yanında işləriniz qaydasında gedəcək.

Balıq bürcü: 12 ildən sonra ilk dəfə şans və pul planeti olan Yupiter bürcünüzə daxil olur. Uşaqlığınızdan bəri xəyalını qurduğunuz o münasibəti tapmaq üçün ən doğru ildir desək yanılmarıq. “Disney” hekayələrinə bənzəyən şeylər yaşaya bilərsiniz.

Əkizlər bürcü: Sevgi ilə yanaşı, maddi baxımdan da rahat olacağınız il sizi sözləyir. Həyatınıza girən adam sadəcə sizi sevməyəcək, eyni zamanda karyera məsələsində də dəstək olacaq.

burc

Əqrəb bürcü: Aprel, may, oktyabr, noyabr aylarına diqqət edin. Nağıla bənzər evlilik bu aylarda qapınızı döyə bilər. İcazə verin həyatınızı dəyişdirəcək, hədəflərinizə doğru sizi yaxınlaşdıracaq adam yanınızda olsun. 2022-ci ildə keçmiş sevgililərə və peşmanlığa yer yoxdur.

Buğa bürcü: 2022-ci ildə həyatınız haqqında ciddi qərarlar verməyə hazır olun. Yaşadığınız uzun müddətli münasibətləri pələng ilində dəyərləndirəcək və ailə qurmağa doğru əmin addımlarla irəliləyəcəksiniz. Uran planeti yavaş-yavaş Buğa bürcünə keçdiyi üçün verdiyiniz qərarlar anlıq ola bilər. Odur ki, sizə tövsiyəmiz nikah yoldaşınız haqqında diqqətlə düşünməyiniz ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir