film

Bu ilin maraqla gözlənilən filmləri

Baxış sayı: 1. 363

“Angry Birds”

Ölkə: Finlandiya, ABŞ.

İl: 2016.

Rejissor: Kley Kaytis , Ferqal Reilly.

Rollarda: Peter Dinkleyg, Ceyson Sudeikis, Bill Heder,

Kiqen -Maykl Key, Coş Qed.

Janr: cizgi, komediya.

Yaş məhdudiyyəti: yoxdur.

Film kompüter oyununun qəhrəmanları, məşhur quş və donuz qarşıdurmasının necə başlaması haqqında danışacaq və sevimli qəhrəmanların bəzi sirlərini açacaq.

 

“Kunq-Fu Panda 3”

Ölkə: ABŞ, Çin.

İl: 2015.

Rejissor: Cennifer Yu.

Rollarda: Cek Blek, Dastin Xoffman, Devid Kross,

Ceyms Xonq, Ancelina Coli.

Janr: cizgi filmi, komediya, macəra, ailəvi, döyüş.

Yaş məhdudiyyəti: 6 yaşa qədər.

Uzun müddətdir itmiş atasına qovuşan Po pandalar üçün gizli cənnətə yollanır. Orada onu şən soydaşları ilə görüş gözləyir. Lakin tezliklə cani Kay Çində bütün kunq-fu ustalarını məhv etməyə başlayır. Po, qeyri-mümkün iş görməlidir – şən, yöndəmsiz soydaşlarına döyüş sənətini öyrətməli və onlardan kunq-fu dəstəsi yaratmalıdır.

 

“Heyvanlar diyarı”

Ölkə: ABŞ.

İl: 2016.

Rejissor: Bayron Xovard, Riç Mur, Cared Buş.

Rollarda: İdris Elba, Ciniffer Qudvin, Alan Tyudik.

Janr: cizgi filmi

Yaş məhdudiyyəti: yoxdur.

Heyvanlar diyarına xoş gəlmisiniz – iri fillərdən tutmuş xırda siçanlara kimi, müxtəlif heyvanların məskən saldığı müasir şəhərdi bura. Heyvanlar diyarı tam olaraq müxtəlif sakinlərin yaşayış mühitini təkrarlayan rayonlara bölünüb – burada Sahara sahəsi və soyuq Tudrataun rayonları var. Şəhərə yeni polis zabiti, gülərüz dovşan Cudi Hopps gəlir, hansı ki, ilk iş günlərində, böyük və güclü polislər arasında balaca və xoflu olmaq necə çətin olduğunu anlayır. Partnyorunun çoxdanışan və hiyləgər tülkü Nik Uayld olmasına baxmayaraq, Cudi özünü göstərmək üçün əlinə düşən ilk imkandan yararlanmaq istəyir. Onlar birlikdə heyvanlar diyarı sakinlərinin taleyindən asılı olan çətin cinayətin üstünü açmalıdırlar.

 

“Benqazinin sirli əsgərləri”

Ölkə: ABŞ.

İl: 2016.

Rejissor: Mayk Bey.

Rollarda: Tobi Stivens, Con Krasinski, Freddi Stroma,

Pablo Şrayber, Maks Martini.

Janr: döyüş, triller, drama.

Yaş məhdudiyyəti: 17 yaşa qədər.

2012-ci il. Benqazi, Liviya. Bir qrup terrorçu 11 sentyabr hadisəsini ABŞ Səfirliyinə hücum ilə “bayram” etmək istəyirlər. Xüsusi təyinatlı qrupa isə ən son anda işə qarışmaq tapşırılıb. Lakin onlarla insan təhlükə altında olarkən, borc və vicdan subordinasiyaya üstün gəlir. Və igid əsgərlər dərhal qəzəbli terrorçu qrupuna qarşı döyüşə atılırlar. O döyüşə ki, hansı ki, bu, sonuncu olacaq.

 

“Müdafiəçi”

Ölkə: Böyük Britaniya, Avstraliya, ABŞ.

İl: 2016.

Rejissor: Piter Landesman.

Rollarda: Uill Smit, Alek Bolduin, Albert Bruks.

Janr: drama, biografiya, idman.

Yaş məhdudiyyəti: 13 yaşa qədər.

Amerika məşhur idmançıların silsilə qəfil və müəmmalı ölümləri ilə sarsılıb. Sirri açmaq isə gənc neyrocərraha həvalə olunur, lakin məlum olduğu kimi, heç də hamı qəddar həqiqəti bilməyə hazır deyil.

 

“Və budur fırtına”

Ölkə: ABŞ.

İl: 2016.

Rejissor: Kreyq Gillespi.

Rollarda: Kris Payn, Qrem Maktaviş, Xollidey Qreincer

Janr: döyüş, triller, drama.

Yaş məhdudiyyəti: 12 yaşa qədər.

Filmin süjeti 1952-ci ildə baş vermiş real hadisələrə əsaslanır. Sahil mühafizəsinin əməkdaşları fırtınanın ən qızğın çağında motorlu taxta qayıqlardan istifadə edərək, iki neft tankerinin heyət üzvlərini xilas etməyə cəhd edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir