SAC

Bu ilin qış dəbində nələr olacaq? – FOTOLAR

Baxış sayı: 163

Bir qədər sonra qarşıda qış mövsümü, yen il bizi gözləyir. Bəs, yeni ilin dəbində nələr gözlənilir?  Mütəxəssislər bildirir ki, bu ilki qış mövsümündə də tünd rənglər üstünlük təşkil edəcək. Yaşıl, sarı, göy, tünd göy, kərpic rəngi ,eyni zamanda klassik rənglərdən ağ, qara, qırmızı, və s. kimi rənglər dəbdə olacaq. Rəng çeşidi bolluğu özünü daha çox göstərəcək.

Həmçinin klassik rənglərlə yanaşı “zebra” rəngi də trendlər arasında olacaq. Belə ki, dünyanın ən tanınmış jurnalları və markaları yeni trend olaraq zolaqlı paltarları seçib. Heyvan çizgilərinin dəbdə olacağı bu il xanımlar geyimlərində daha çox “zebra” zolaqlarından istifadə edəcək.

Gəlinlik donlarına gəldikdə isə, mütəxəssislər bildirir ki, zərif və naxışlı qol detalları olan toy geyimləri 2020-ci ildə ən dəbli gəlinliklərdən olacaq. Həmçinin ətəyinə tül əlavə olunmuş gəlinliklər də gələn ilin trendi arasındadır. Bu detal həm balıq ətəkli, həm də şahzadə gəlinlik modellərində istifadə olunacaq.

2020-ci ilin ən məşhur gəlinlik modellərindən biri də lələkli gəlinlik donları olacaq.

Gəlin modası gələn il əvvəlki illərdən bir az fərqli olacaq. Belə ki, çəhrayı çalarlarda olan toy geyimləri də ilin tendensiyalarından biridir.

Hər dövrün modasına uyğun tez-tez dəyişən duvaq modelləri isə 2020-ci ildə daha çox istifadə ediləcək.

Geyimlərdən sonra xanımların önəm verdiyi akssesuarlardan biri çantadır. Məlum məsələdir ki, bu aksessuar rahat və geyimə uyğunluğu ilə yanaşı, həm də ilin trendi olmalıdır. Mütəxəssislər bildirir ki, yeni ildə də iri klassik çantalar öz dəbini qoruyub saxlayacaq. Bununla yanaşı kiçik, çox rahat şəkildə çiyində və beldə gəzdirilə bilən çantalar da trend olacaq.

.Xanımlar hər zaman istəyirlər ki, saç düzümləri də dəbə uyğun olsun. Hətta saçın rəngini də trendə uyğun seçirlər. Əksər qadınlar görünüşlərində dəyişiklik etmək üçün öncə saçlardan başlayırlar. Saçların kəsimi, forması kimi, dəyişiklik üçün rənglənməsi də önəmlidir. Saç düzümü kimi onun rəngi də ildən ilə dəyişir. Bəs gələn il üçün xarakterik rəng hansı olacaq?

Şokolad rəngi. Hər zaman dəbdə olmağı bacaran bu rəng 2020-ci ildə də öz ampulasını qoruyub saxlayacaq. Bu rəng xüsusən açıq rəngli dəriyə malik xanımlara daha çox yaraşır.

Saçlarda gümüşü kölgələr. 2020-ci ildə saç trendlərində gümüşü kölgələr tez-tez görünəcək. Xüsusən qəhvəyi saçlarda görünən gümüşü kölgələr cazibədar olacaq.

Karamel rəng. 2020-ci ildə karamel saç rəngləri də ön sırada yer alacaq. Xüsusən krem karamel, bal karamel rənglər populyar saç rəngləri arasında olacaq. Onu da qeyd edək ki, mütəxəssislər karamel rənginin hər rəng dərinə uyğun gəldiyini bildirir.

Badamı qəhvə rəng. Tünd qəhvəyi rəng kimi görünən badamı qəhvə rəngi də 2020-ci ilin ən havalı saç rəngləri sırasında olacaq.

Pastel rənglər. Klassik saç rənglərindən qaçan xanımlar yeni ildə də pastel rənglərindən istifadə edə biləcək. Çünki bu cür saç rəngləri yeni ildə də öz dəbini qoruyub saxlayacaq. Xüsusən də açıq çəhrayı pastel rənglərə tez-tez rast gəlinəcək.

Saç kəsimlərinə gəldikdə isə stilistlər kəkilli saçların 2020-ci ilin trendi olduğunu elan edib. Onların sözlərinə görə, qısa, uzun, iki hissəyə ayrılmış, eyni zamanda düz, dalğalı və buruq kəkil stili eyni dərəcədə aktualdır.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir