kolbasa

Bu qidaları bişirmədən yemək adamı ölümə aparır

Baxış sayı: 305

Son illərdə sosial şəbəkələrdə diqqəti cəlb etmək üçün çox sayda yalan məlumatlardan ibarət video və məlumatlar yayılır. Xüsusilə bəzi qidaları çiy istehlak etmək tövsiyə olunur. Ancaq bəzi yeməkləri bişirmədən qəbul etmək az qala ölümə aparır.

Çiy istehlak edilməsi qətiyyən məsləhət görülməyən qidaları təqdim edirik:

Karides: Karides təsərrüfatda yetişdirilən dəniz məhsullarıdır. Karideslərə parazit və bakteriyaların yayılmasının qarşısını almaq üçün antibiotiklər əlavə edilir. Suları pestisidlər və funqisidlərlə dolu olan karideslərin tərkibində xlor xam şəkildə olur. Tərkibində bir çox kimyəvi maddələr olan karidesləri bişirmədən istehlak etmək, laboratoriya borusundan kimyəvi maddələr içmək qədər təhlükəlidir.

Lobya: Çiy lobyanın tərkibində xoşagəlməz bir toksin var ki, onu bişirməklə çıxarmaq lazımdır. Lobya bişmədikdə içində qalan bu toksini çıxarmağın yeganə yolu onu qaynatmaqdır. Çiy istehlak edilən lobya zəhərlənməyə səbəb ola bilər.

Kolbasa: Çiy kolbasa listeria bakteriyasını daşıyır. Listeria bakteriyaları orqanizmə daxil olarsa, həzm sistemində pozulmalara və qida zəhərlənməsinə səbəb ola bilər. Bu risk yarımbişmiş kolbasalarda da olduğu üçün kolbasa tam bişməmiş istehlak edilməməlidir.

Göbələklər: Göbələklər radioaktiv maddələri udduğu üçün çiy istehlakı ciddi nəticələrə səbəb ola bilər. Bu riskə getmək əvəzinə bişmiş göbələk istehlak etmək daha yaxşı olardı.

Kartof: Kartof, ümumiyyətlə, sağlam tərəvəzdir. Lakin uzun müddət günəş işığında saxlanılan kartofda cücərmə başlayır. Beləliklə, cücərtilərdə əmələ gələn bakteriyalar kartofa köçürülür. Ondan sonra cücərən hissələr kəsilsə belə, kartofda yığılan bakteriyalar yaşamağa davam edəcək. Ona görə də kartofu bişirmədən istehlak etmək tövsiyə olunmur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir