D vitamini uşaqlarla yanaşı yaşlılara da verilməlidir. Bu vitamininin 60-70 yaşlılarda ölüm riskini azaltdığı, ömrü uzatdığı məlum olub.
D vitamini orqanizmə fosfor və kalsiumu tənzimləmək üçün vacibdir. O, sümük, diş, əzələ və sinirlər üçün vacibdir. D vitamini xərçəngin də qarşısını alır.
Yeni elmi araşdırma göstərib ki, D vitamini əlavəsi 70 yaş yuxarı insanların ölüm riskini azalda bilər. D vitamini 60-70-80 yaşlılar üçün də effektivdir. Bu vitamin normada olsa yaşlıların sümüklərinin tez qırılması, sınması və yıxılarkən çıxmasının qarşını alar.
Ona görə yaşlılar da uyğun dozada bütün fəsillərdə bu vitamini içib, ildə 2 dəfə analiz verməlidir. Eləcə də D vitamini ilə zəngin balıq, qaraciyər, yumurta, ət yeyə bilərlər.