xestelik

Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə səbəb ola bilər

Baxış sayı: 897

Vərəm “Mycobacterium tuberculosis” adlı bakteriyanın səbəb olduğu yoluxucu xəstəlikdir. Vərəm mikrobu hava ilə ötürülür və müalicəsi mümkündür. Bəs, vərəmin müalicəsində qidalanma necə olmalıdır? Beləliklə, bu xəstəliklə bağlı olan bütün maraqlı detalları təqdim edir:

Diabet, xərçəng xəstəliyinin bəzi növləri və böyrək xəstəlikləri kimi amillərdən qaynaqlanan vərəm, dünyada təxminən bir milyona yaxın insana təsir edən yoluxucu bir xəstəlikdir.

Tüberküloz ile ilgili görsel sonucu

Vətəm  haqqında

Vərəm  ümumiyyətlə, “Mycobacterium tuberculosis” (MTB) bakteriyalarının səbəb olduğu yoluxucu bir xəstəlikdir. Bu xəstəlik ağciyərlərə təsir göstərir, eyni zamanda bədənin digər hissələrinə də öz mənfi təsirini göstərə bilir. Vərəm infeksiyasının iki növü var:

Gizli Vərəm – Bakteriyalar bədəndə təsirsiz qalır. Simptomlara səbəb olmurlar və yoluxucu deyil, lakin aktiv ola bilərlər.

Aktiv Vərəm – Bakteriyalar simptomlara səbəb olur və başqalarına yayıla bilər.

Vərəmin simptomları:

– Üç həftə və ya daha çox davam edən öskürək

– Qan tüpürmək

– Sinə ağrısı (xüsusilə nəfəs alma və ya öskürək ilə)

– Sürətli arıqlama

– Yorğunluq

– Qızdırma

– Gecələr durmadan tərləmə

– Titrətmə

– İştahsızlıq

Tüberküloz beslenme ile ilgili görsel sonucu

Vərəmlə mübarizədə qidalanma necə olmalıdır?

Sağlam bir pəhriz və ideal çəki vərəm xəstələri üçün çox vacibdir. Sağlam yemək və ideal çəkidə olmaq bu xəstəliyin riskini xeyli azaldır. Bundan əlavə, bədənin vərəmə qarşı güclü və xəstəliyin öhdəsindən gəlməyə qadir olması lazımdır.

Tüberküloz besin ile ilgili görsel sonucu

Qeyd edək ki, bədənin infeksiyalara qarşı müqaviməti bir çox amillərdən asılıdır. Qənd və un məmulatlarından çox istifadə etmək, həddindən artıq spirtli içki qəbul etmək, stress və az hərəkətlilik immun sistemini zəiflədərək infeksiya meylini artırır.

Gigiyena qaydalarına və təmizliyə riayət edilməsi digər vacib amildir. Bundan əlavə, qidaların müxtəlifliyi, yaxşı bişirilmə və onların hazırlanma şəraitinin yaxşı olması da bu xəstəliyə tutulmamaq üçün vacib tələblərdəndir.

Bütün bu amillərə əlavə olaraq, immunitet funksiyalarının davamını təmin edən vitaminlər, minerallar və digər qida maddələrinin çatışmazlığı infeksiyalara qarşı həssaslığı artırır. Probiyotiklər, xüsusən də A və C vitaminləri, sink və bir çox vitamin-mineral preparatlar infeksiyalara qarşı qəti və ya qismən fayda göstərən qida əlavələridir.

Sağlam yemək üçün 5 əsas qida qrupu var.

Bunlar:

– Süd və süd məhsulları

– Ət, balıq, toyuq, yumurta

– Çörək, dənli bitkilər və paxlalı bitkilər

– Mövsümi tərəvəz və meyvələr

– Yağ

Tüberküloz beslenme ile ilgili görsel sonucu

İndiki dövrdə, pasterizə olunmamış süd və xam süddən hazırlanan pendirlər vərəmə tutulmaq üçün ən böyük səbəblərdən biri ola bilər. Qablaşdırılmamış və küçədə satılan süd nəzarətsiz olur və düzgün bişirilməməsi bir çox yoluxucu xəstəliklərə, eləcə də də vərəmə səbəb ola bilər.

Bu vəziyyət eyni zamanda, son illərdə vərəm xəstəliyinin yenidən ortaya çıxmasının ən vacib səbəblərindən biridir. Bundan əlavə, restoran və kafelərdə yeyilən və qida təhlükəsizliyi qaydalarına uyğun olmayan qidaları yemək əsas problemlərdəndir. Bu qidaların hazırlanması və təqdim edilməsi şərtləri qida zəhərlənmələrinin, xüsusən də vərəmin səbəbi olaraq görülür.

 

Toğrul İsmayıl




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir