xestelik

Bu xəstəliyə daha çox evdar xanımlar tutulur

Baxış sayı: 1. 467

Qolunuzu başınızın üzərinə qaldırdığınızda və yaxud arxaya atdığınızda ağrı hiss edirsiniz? Gecələr çiyin ağrılarınız olurmu? Ağrıya görə qolunuzu hərəkət belə etdirə bilmirsiniz? Cavabınız “hə”dirsə, probleminiz çiyin sıxışmasıdır. Xüsusilə tez-tez ev işləri görən evdar qadınlarda yaşanan çiyin sıxışması zamanı erkən müdaxilə etmək mütləqdir. Çünki müalicə edilməzsə, xəstəlik irəliləyər və sıxışan əzələlərdə olan tendon yırtıqlar üçün əməliyyat vacib ola bilər.

Ortopediya müayinəsinə gələn xəstələrin arasında çiyin ağrısı şikayəti diz və bel ağrısından sonra üçüncü yerdə gəlir. Çiyin sıxışması isə çiyində ağrı yaradan səbəblərin başında gəlir. Ən çox evdar qadınlarda görülən bu problemin üzərinə düşülməzsə, çiyin əzələlərində qismən, ya da tam yırtıqlar yaradır. Bunun nəticəsində də qadın hərəkət edə bilmir və yaşam keyfiyyəti aşağı düşür. Xəstə qolunu arxaya əyə, kəmər bağlama kimi sadə işləri belə görə bilmir. Gedərək qolun bütün hərəkətləri insanı ağrıdır.

Çiyin hərəkətlərini təmin edən əzələlər çiyin oynaqlarını əhatələyir. Bu əzələlər çiyin hərəkətləri, özəlliklə də baş üstü hərəkətlər zamanı çiyin ətrafını əhatə edən sümüklərin altında sıxışa bilir. Bu hal da çiyin sıxışması adlanır.

Bu problem daha çox evdar qadınlarda görülür. Çünki evdar qadınlar pəncərə silmək, xalça təmizləmək, pərdə taxmaq, hündür şkafdan əşya götürmək, hündür rəfləri təmizləmək, toz almaq kimi ev işləri görərkən qollarına daha çox güc düşür. Buna görə ev xanımları bu cür hərəkətlər edərkən diqqətli olmalı və çiyni çox yükləməkdən qaçmalıdırlar.

 

Ən sıx görülən şikayət: qola vuran ağrı

Çiyin sıxışmasından qorunmaq üçün çiyin hərəkətlərini təmin edən rotator əsas kürək əzələlərinin güclü və elastik olması lazımdır. Bunun üçün də müntəzəm idman etmək, məsələn, pilateslə məşğul olmaq faydalıdır.

Çiyin sıxışması problemi ilkin mərhələdə dərman və fiziki müalicə ilə həll olunur. Ancaq artıq gündəlik işlərinizi görə bilməyəcək dərəcəyə gəlibsə, ağrılar gecə yatmağa qoymursa, şiddətli hal alıbsa, yeganə həll yolu əməliyyatdır. Qolu baş üzərinə qaldırdığınızda və ya arxaya atdığınızda problem yaşayırsınızsa, vaxt itirmədən həkimə gedin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir