ayaqqabi

Bu yayın ayaqqabı dəbi nəyi diktə edir? – FOTOLAR

Baxış sayı: 817

Ağ rəngli geyim əşyaları tez çirklənir, əlverişli deyil və əlavə olaraq daim ehtiyatlı davranmağı tələb edir. Amma bəyazın məsumluğu hər kəsi özünə cəzb edir, üstəlik o, bir qayda olaraq bütün dövrlərdə yaz və yay mövsümünün əsas trendi rolunu öz öhdəsinə götürüb. Bu il də istisna deyil. Bütün bunların fonunda etiraf etmək lazımdır ki, dəbin amansız qanunları qarşısında hər bir qız acizdir. Dəblə ayaqlaşmaq istəyiriksə, mütəmadi olaraq bəyaza da müraciət etmək məcburiyyətindəyik.

Buradan belə nəticəyə gəlmək olar ki, ağ rəng kaprizli olmasına baxmyaraq, biz böyük məmnuniyyətlə onun bütün bütün şıltaqlılarına dözürük. Ona görə də xəbəriniz olsun ki, istər bosonojka, istər tufli, istər idman ayaqqabıları, istərsə də rahat balerina modellərinin ağ versiyası mövsümün trendləri olacaq. Bunu məşhur moda evlərinin yaz-yaz kolleksiyaları müəyyən edib.

Və ağ rəng sizi qətiyyən qorxutmasın, hər halda çirk və toz digər rəngli ayaqqabılarda da yaxşı görünmür. Sizcə də risk etməyə dəyməzmi?

7 1 2 3 4 5 6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir