reklam

Bütün zamanların ən yaxşı 7 reklam kampaniyası

Baxış sayı: 999

Ən yaxşı reklam kampaniyaları satış məqsədi güdməyiblər, onlar alıcıların özlərini sizin məhsulunuzu almaq istəməyə vadar edirlər. Gəlin, 7 ən yaxşı marketinq ideyası siyahısına nəzər salaq:

Əvvəlcə terminologiyanı araşdıraq.  Ən yaxşı reklam kampaniyaları sadə ideyalarla insanların gündəlik həyatına nüfuz etməyi bacarmalıdırlar. Onlar elə şirkətlərdir ki, reklamları “başa çatandan” sonra belə effektləri qalır.

 

Bu Coca-Cola sənin üçündür ( Share Coke with _ _)

Əfsanəvi reklam mətnləri yazarı  Gary Halbert deyib ki, diqqət çəkməyin ən yaxşı yolu insanın adını xatırlatmaqdır. Təsəvvür edin , metroda qəzet vərəqləyirsiniz və belə bir başlıqla qarşılaşırsınız: “Bezos vəfat edib və öz sərvətini filankəsə (ad qeyd olunur) saxlayıb”.

Hətta multimilyarder olsanız belə, bu cür bir başlıq nəzərdən kənarda qalmayacaq. Coca-Cola şirkəti də eyni addımı atıb.

Yəqin ki, dostların bir-birinin adları olan Coca-Cola  butulkaları ilə VK/Facebook –da şəkillər yerləşdirmələrinin şahidi olmusunuz. Bu, çox sürətlə trendə çevrilib.

Sözügedən şirkətin baş ofisindən başlayan bu marketinq hiyləsi bütün dünyaya yayılır. Hətta reklam kampaniyası bitəndən sonra belə insanlarda brendə mənəvi bağlılıq qalmaqda davam edir. Yeri gəlmişkən, bəzi insanların öz adları olan qabları suvenir kimi saxladıqlarını da deyə bilərik.

 

Səhər yeməyi ən vacibidir

Əminəm ki, hansı qida qəbulunun ən vacib olduğunu  soruşsalar, bir çoxlarınız heç düşünmədən bunun səhər yeməyi olduğunu deyəcəksiniz. Amma səbəbini soruşan olsa yəqin ki, fikrinizi əsaslandıracaq tutarlı sübutlar tapılmayacaq.

Bəs bunun marketoloqların ideyası olduğunu desək necə? Yəni, bu sadəcə bir səhər yeməyindən başqa, marketoloqlar tərəfindən düşünülmüş reklam kampaniyasıdır.

Səhər yeməyinin ən önəmli qida qəbulu olması fikrini  James Caleb Jackson və John Harvey Kellogg 19-cu əsrdə yeni səhər yeməyi qidalarını satmaq üçün irəli sürüblər.

Əslində, təkcə səhər yeməyi vacib deyil, amma onun digər qalanlarından daha vacib olması ideyası sadəcə bir marketinq hiyləsidir. Kellogg bunu ona görə deyib ki, onlar ancaq, məhz  səhər yeyilməsi daha uyğun olan buğda məhsulları satırdılar.

Bu məhsullarını güclü şəkildə reklam etmək əvəzinə onlar bizləri səhər yeməyinin ən vacib qida qəbulu olmasına inanmağa vadar ediblər. Bəlkə də, dietoloqlardan soruşulsa bu həqiqətdir.

Günorta və ya şam yeməyində də sıyıq yeyənlər ola bilər, amma bu sadəcə bir istisnadır, qayda deyil.

 

Kinoteatrlar və popkorn

Popkornda xüsusi heç bir şey yoxdur.  Bir qəlaynaltı qida kimi də doydurucu deyil. Ondan ancaq nəsə qeyri-vacib bir işlə məşğul olarkən sadəcə ağzımızı məşğul etmək üçün dada bilərik.

Kiminsə ağlına popkornla bağlı möhtəşəm bir ideya gələnə kimi onun heç bir xüsusi kommersiya potensialı olmayıb. Həmin ideya isə kinoteatra gələnlərə popkorn satmaqla bağlı idi. Bu, bilet aldığınız üçün bir növ təkrar satış deməkdir ( yeri gəlmişkən, adətən kinoteatrlar ondan çox qazanmırlar), popkorna tələbat isə böyükdür.

Artıq kinoya baxmağa girəndə instiktiv olaraq popkorn alırıq (kimsə onu hətta evdə seriala baxanda yemək üçün də götürür). Bir çoxları bu ikisinin necə bir-birinə bağlı olduğunu hətta bilmir də, bu bizə vacib deyil. Məhz buna görə popkorn da bu siyahıda yer alıb.

 

Hər səhər dişlərin təmizlənməsi

Bir zamanlar insanlar dişlərini təmizləmirdilər. Bəs bu nə vaxt olub? 100-120 il bundan qabaq dişlərin mütəmadi olaraq təmizlənməsi qəribə bir ideya idi. Bu qəribəliyi diş məcunu satan şirkətlər dəyişməyə müvəffəq olurlar.

Bugün artıq dişlərimizi yumadan səhər yeməyi yemirik. Hətta bir çoxlarımız yeməkdən sonra belə bunu edir.

Bəziləri deyir ki, dişləri gündə iki dəfə təmizləmək lazımdır. Bir digərləri bunu ancaq səhərlər etməyin vacibliyini bildirir, bəzi insanlarsa hətta hər yemək sonrası dişləri təmizləmək lazım gəldiyini təbliğ edirlər. Amma bir şey dəqiq məlumdur: hər bir müasir insan gündə ən azı bir dəfə dişlərini təmizləyir. Bunu gigiyena adlandırırıq. Amma bunun marketinq tərəfi də var.

Marketoloqlar görüblər ki, insanlarda gigiyenik tələbat var. Təbii ki, dişlərinizi iki gün məsələn, yumaya bilərsiniz, amma artıq “kirli” dişlərlə dolaşmaq sadəcə çox böyük diskomfort yaradır.

Biz  özümüzə“diş məcunu lazımdır yoxsa yox?” sualını vermirik. Artıq bizim üçün sual olan onlardan hansını seçməyimizin daha düzgün olmasıdır.

 

Sığortanız var?

Bu da cavabı olmayan suallardan biridir. 2020-ci ildə sən sadəcə sənədlərlə dolu bir qovluqda ard-arda hər şeyə – saxtakarlıqdan qorunmaq üçün bank hesabına, evə, maşına sığorta əldə etməlisiniz.

Sığorta – mənfi halların satışı imkanıdır. Sığorta daxili rahatlığı təmin edir, yəni, nəsə baş verdiyi halda hər şey nəzarət altında olmuş olur.

Məsələn, daşınmaz əmlak alırsınız. İnşaatçılardan binanın sığortalanıb-sığortalanmadığını soruşursunuz – “yox” cavabı aldığınızda nə reaksiya göstərərdiniz? Sığorta – verdiyimiz ilk sual. Və artıq onu sizə satmaq üçün əvvəlki kimi satış menecerlərinə ehtiyac yoxdur.

 

Ömürlük brilliantlar

Şübhəsiz ki, bu, bütün dövrlərin ən yaxşı marketinq ideyasıdır – nə zamansa brilliant alan hər kəsin düşdüyü bir tələ. İdeya çox sadədir: toy üzüklərini əbədi sevginin simvolu kimi brilliantlarla bəzəyin.

Əbədi sevgi ideyası kişilər üçün reklam edilmirdi. Marketoloqlar bilirdilər ki, kişilər sevdikləri qadına onun istədiyini alrlar, ona görə də bütün reklamı qadın auditoriyasına yönəltmişdilər ki, onlar da öz növbələrində nişanlılarını toya brilliantları olan üzük almağa məcbur etsinlər.

Bu ideya  brilliantları söhbət toydan getdiy halda adi bir bəzək aşyasından lazımlı bir atributa çevirmiş oldu. Güman ki, bu ideyanın arxasında dayanan “De Beers” bundan çoxlu qazanc götürüb.

Yəqin ki, onların artıq reklama ehtiyacları yoxdur.

Zamanla brilliantlar əbədi sevgi simvolundan dəbdəbə imicinə çevrilirlər – artıq hər şey – saatlar, qolbaqlar, boyunbağılar tam bir zənginlik simvoludurlar.

 

Lyona Qolubkov

Söhbət,  90-cı illərin tanınmış MMM maliyyə piramidasının reklam kampaniyasının qəhrəmanından  gedir.

Bu kampaniya, iştirakçıları hiperbolik qəhrəmanlar olan silsilə çarxlardan ibarətdir. Onlarda bu və ya digər şəkildə ruslar özlərini tanıdılar. Qolubkovlarda alınıbsa bizdə niyə alınmasın, elə deyil?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir