caliqusu

“Çalıquşu”nun Kamranı haqda ilk dəfə eşidəcəyiniz inanılmaz faktlar – FOTOLAR

Baxış sayı: 1. 421

1986-cı ildə çəkilən “Çalıquşu” filmindəki Kamran rolu ilə gənc qızların qəlbini fəth edən aktyor Kənan Kalavın son halı görənləri təəccübləndirib.

Uzun illərdir Barselonada yaşayan 56 yaşlı aktyor xeyli dəyişib. Bir zamanların sevimli kino ulduzunun son halı çoxlarını məyus edib.

 

Kənan Kalav haqqında maraqlı faktlar

Kənan Kalav 1990-cı ildə həyat yoldaşının gül dükanında işləyən Lətif Dənizlə İstanbuldan İspaniyanın Barselona şəhərinə gedərkən hava limanında polis tərəfindən tutulublar. Onların çantasında 2 kq narkotik tapılıb. Bu səbəbdən dolayı 10 il azadlıqdan məhrum edilən Kənan Kalav Barselonanın Qerona həbsxanasında yatıb. Kənan Kalav 1 il tək nəfərlik hücrədə qalıb. Amma sonradan altı nəfərlik otağa salınıb.

Əməlindən peşman olan Kənan Kalav 1996-cı ildə İspaniya kralı Karlosa məktubu göndərərək üzr istəyib. Məktubu oxuyan İspaniya kralı həbsxana müdirinə teleqraf yazaraq Kalavın dərhal azad edilməsini tapşırıb. Aktyor təxminən 5 il həbsxanada yatdıqdan sonra 1996-cı ildə həbsdən çıxıb. O, 1999-cu ilə qədər İspaniyada yaşamağa davam edib.

1999-cu ildə Türkiyəyə qayıdan aktyor keçirdiyi dəhşətli yol qəzası ilə gündəmə gəlib. Sağaldıqdan sonra K.Kalav hərbi xidmətə yollanıb. Əsgərlikdən qayıdan K.Kalav bir neçə film və serial layihəsindən çəkilib. Lakin Türkiyədə yaşaya bilməyən ulduz yenidən İspaniyaya qayıtmağa qərar verib.

Artıq neçə ildir ki, K.Kalav sahibkarlıqla məşğul olur. O, Barselona şəhərinə yaxın balıqçı qəsəbəsində bir neçə restoran sahibidir. Onun həmçinin şəhərə 40 kilometr yaxınlıqdakı buxtada 18 otaqlı pansionu var.

Aktyorun 1989-cu ildə evləndiyi Nəsra Tandan Canqurd adlı oğlu var. Keçmişdə Ahu Tuğba ilə sevgili olan aktyor 2006-cı ildə Yeşim Sanınsoy ilə nikah bağlayıb.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir