cv

CV-də yazmayacağınız 6 şey

Baxış sayı: 721

Hədəflədiyiniz işi almaq üçün CV-dəki məlumatlar çox vacibdir. CV-yə daxil edilməməsi lazım olan məlumatlar iş axtarışı prosesinə birbaşa təsir edə bilər. CV hazırlamaq karyeranız üçün atacağınız ilk və ən vacib addımlardan biridir. Düzgün hazırlanmış CV bir çox qapını aça bilər. Ancaq hazırlıqsızlıq, səhvlər və lazımsız məlumatlar iş tapmaq prosesini uzadır və istənilən mövqeyə çatmağının qarşısını alır.

Tərcümeyi-hal hazırlayarkən aşağıda qeyd olunan məqamlara diqqətli olun:

 

Yazı səhvləri

CV-də heç vaxt yazı səhvləri olmamalıdır. Unutmayın ki, siz iş axtarışınızda onlarca müraciət edəcəksiniz. Əgər, bir yazı səhvi varsa onu onlarca işə götürən mütəxəssislər görəcək. Yazı səhvləri olan bir CV işə götürənlər tərəfindən ilk mərhələdə aradan qaldırılacaq. Sözlər düzgün yazılmalı, cümlələr düzgün qurulmalıdır. Cv-ni yazdıqdan sonra, yenidən oxuyub səhvləri düzəltməlisiniz. Yazı qaydalarını bilmirsizsə, etibar etdiyiniz birinin oxuyub, düzəltməsini istəyə bilərsiniz.

 

Uyğun olmayan şəkil

CV-də şəkil vacib rol oynayır. Xaricdə, xüsusilə, ABŞ və digər Qərb ölkələrində foto şəkillərdən istifadə edilməsi tövsiyyə olunmur. Buna görə də, xaricdə vəzifə sahibi olmaq üçün heç bir şəkildən istifadə etməməlisiniz. Türkiyədə və Azərbaycanda isə şəkilsiz CV-lər yaxşı qarşılanmır. Ona görə bu ölkələrdə işə düzələrkən şəkil qoymağı unutmayın. Lakin, şəkil rəsmi görünməlidir. Gündəlik həyatdan seçdiyiniz şəkli istifadə etməyin.

 

Qəribə mail ünvanı

Bir çox gənclərin CV hazırlayarkən etdiyi ən böyük səhvlərdən biri, yeniyetmə dövründə açdığı mail ünvanını qey etməkdir. Bu, ünvanlar fərqli, qəribə və hətta məzəli də ola bilir. Sizin mail ünvanınız əhəmiyyətsiz olsa da, haqqınızda çox şey deyir. Ad və soyaddan ibarət mail ünvanından istifadə edin.

 cv

Əlaqəsiz iş təcrübələri

Bir çox insan gənc ikən və universitet illərində hədəf aldığı karyerası ilə əlaqəsiz işlərlə məşqul olmuşdur. Bunlar sizin üçün böyük həyat təcrübəsi ola bilər. Ancaq müraciət etdiyiniz mövqeylə heç bir əlaqəsi yoxdursa, onları yazmasaz da olar. Bu cür iş təcrübəsi sizi daha təcrübəli göstərməz, hətta yeni işinizə maneə ola bilər.

 

Şəxsi məlumat çoxluğu

Bir çox İR ekspertləri namizədlərin CV-lərində çox şəxsi məlumat yazdıqlarını deyirlər. Əslində, mail ünvanı və telefon nömrəsi kifayətdir. Vəsiqə nömrəniz, ailə vəziyyətiniz, qan qrupu və s. kimi şəxsi məlumatlara ehtiyac yoxdu. Tərcümeyi-halınızı müxtəlif yerlərə göndərirsiz, bu cür məlumatları tanımadığınız insanlarla bölüşürsüz. Bu, həm lazımsızdır, həm də şəxsi məlumatları bölüşmək peşəkar deyil.

 

Karyera hədəfi

Keçmişdə CV-lərdə namizədin karyera hədəflərini göstərməsi dəbdə idi. Ancaq yeni bir yanaşmaya görə, karyera hədəflərinin heç kimə bir faydası yoxdu. Əksinə, hədəfinə uyğun olmayan bir iş üçün müraciət edirsinizsə, yanlışlıqla bunun sizin üçün doğru bir iş olmadığını söyləmiş olursunuz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir