Nermine Abbasova

Döş nahiyəsində yandırma hissinin səbəbləri

Baxış sayı: 405

Bu simptomlar bir çox insanlarda olur. Yandırma döş qəfəsinin ortasında, solunda və ya sağında hiss oluna bilər. Əksər hallarda insanlar bu simptomu ürək xəstəlikləri ilə əlaqələndirir. Lakin bu səhv fikirdir. Bu nahiyədə müxtəlif orqanlar yerləşir ki, bu orqanlarda olan pozulmalar özünü döş nahiyəsində yandırma hissi ilə büruzə verir.

UREK

– Bir çox hallarda bunun səbəbi mədə şirəsinin qida borusuna düşməsidir (buna “reflüks-ezofaqit”deyilir). Reflüks zamanı mədə şirəsi və qida kütləsinin bir hissəsi geriyə qida borusuna qayıdır ki, bu da qida borusunda iltihaba və xoraların əmələ gəlməsinə səbəb olur. Nəticədə xəstə döş nahiyəsində tez-tez güclü yandırma hiss edir. Yandırma çox güclü olur, antasid dərmanların (almagel, maaloks və s.) qəbulu yandırmanı azaldır. Özünüzdə bu simptomları müşahidə edirsinizsə, mütləq qastroenteroloqa müraciət edin. Refleks-ezofaqit xəstəliyi çox ağır fəsadlara (daxili qanaxma, qida borusunun daralması, qida borusunun xərçəngi) səbəb ola bilər.

urek

– Ürək xəstəlikləri döş qəfəsində yandırma hissinə səbəb olur. Belə ağrı və yandırma stenokardiya, miokard infarktı, miokardit (ürək əzələsinin iltihabı), ürək qapaqlarının çatışmazlığı zamanı ola bilər.

Stenokardiya zamanı döş qəfəsində yandırma, ağrı hiss olunur, ağrı sol kürəyə və sol qola yayılır. Nitroqliserin həbi qəbul etdikdən sonra ağrı azalır. Miokard infarktı zamanı ağrı çox güclü olur, nitroqliserinin qəbulu ağrını azaltmır. Bu səbəbdən əgər ürək tutması zamanı nitroqliserin kömək etmirsə, dərhal “təcili yardım” çağırın.

ag ciyer

– Ağ ciyər xəstəlikləri (pnevmoniya, ağ ciyər absesi, plevrit) zamanı doş nahiyəsində güclü yandırma hiss olunur. Ağ ciyər absesi zamanı bəlğəmdə irin olur. Pnevmoniya güclü öskürək və hərarətin 400 C kimi qalxması ilə müşayiət olunur.

osteoxondroz

– Osteoxondroz xəstəliyi döş nahiyəsində yandırma hissinə səbəb olur. Adətən xəstə bunu ürək xəstəlikləri ilə əlaqələndirir və nitroqliserin və ya validol qəbul edir. Lakin ağrı keçmir. Əgər kardioqramma yaxşıdırsa, lakin belə ağrılar və yandırma hissi xəstəni tez-tez narahat edirsə, bu osteoxondroz xəstəliyi ola bilər.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi 

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir