hava limani

Dünya aeroportları: qeyri-standart əyləncələr – VİDEO

Baxış sayı: 309

Bəzən aeroport sözü üzücü uçuş, addımbaşı səni “tapdalayan” çamadanlar və uzun-uzadı növbələrlə assosiasiya olunur. Amma elə hava limanları var ki, məkana ayaq basan sərnişinlər oradan ayrılmaq istəmirlər. Hansı aeroportda muzeyə baş çəkmək, sörfinqlə məşğul olmaq, qolf oynamaq və ya günəbaxanlar arasında gəzişmək mümkündür?

Bu yazıda belə hava limanlarının adlarını açıqlamışıq.

 

Sinqapurda pulsuz ekskursiya

Bu il Sinqapurun Çanqi hava limanı növbəti dəfə “Əntiqə asudə vaxt” kateqoriyasında dünyanın yaxşı aeroportları siyahısında qərarlaşıb. Sərnişinlərə bu qədər geniş çeşiddə əyləncə təklif edən barmaqla sadalanan limanlardandır. Təbiət vurğunları Nəbatat bağında və ya hava limanının damında yerləşən günəbaxan bağında gəzə bilərlər. Tranzit sərnişinlər üçün 2 saatlıq pulsuz ekskursiyalar da təşkil olunur. Nadir balıqların üzdüyü göl, cakuzi və hovuzun yerləşdiyi ərazidən isə uçuş zolağına mənzərə açılır.

 

Münhendə sörfinq

Münhenin Frans-Yozef Ştraus adına hava limanı Almaniyanın iri aeroportlarından biridir. Burada səyyahların darıxmağa heç vaxtı olmur. Onlar qışda başlarını bağlı buz meydançasında qata, yayda isə kiçicik çimərlikdə günəşlənə-günəşlənə sörfinqlə məşğul olanların uğurlarına tamaşa edə, eyni zamanda Bavariya pivəsinin dadına da baxa bilərlər.

 

Amsterdamın Shiphol hava limanı

Burada Niderland Dövlət Muzeyinin filialı – Reyksmuzeum yerləşir. “Holland bulvarı” adlanan məkan ikinci və üçüncü gözləmə zalları arasındadır. Muzeyə giriş pulsuzdur. Amma əvəzində yerli kazinoda uduza, ya da yaxşı qazanc əldə etmək olar. Bunun üçün biletini göstərmək kifayətdir.

Helsinkinin Vantaa hava limanında sərnişinlər özlərini, sözün əsl mənasında, evlərindəki kimi hiss edə bilərlər. Xüsusi gözləmə zalında şəhər mənzili ab-havası yaradılıb. Burada lazım olan hər şey var – divan-kreslodan tutmuş televizor və kompüterə qədər. Mənzil yataq otağı və mətbəxdən ibarətdir. Soyuducuya doldurulmuş ərzaqlardan rahatca yemək hazırlaya bilərsiniz. 3 saatlıq ləzzətin qiyməti 48 avrodur.

Sərnişin özünü, heç olmasa, həyatında bir dəfə Cənubi Koreyanın İnçhon hava limanında milyonçu həyatı yaşayacaqlar. Bunun üçün yerli qolf-kluba baş çəkmək yetərlidir. Bir əl oynadıqdan sonra spa salonunda sağlamlığınızın qeydinə qala, hələ üstəlik kinoteatrda film izləyə, konsert zalında milli musiqiləri dinləyə bilərsiniz. Təyyarələrin uçuşunu yaxından seyr etmək şansınız da var.

Tokio hava limanında müştərilərin, həmçinin heyvanların qeydinə qalırlar. Burada pulsuz duş, çoxsaylı spa-salonu, bərbərxana və camaşırxana, mehmanxana, hətta heyvanlar üçün otel və baytarlıq klinikası da var.

Lakin Narita barının ən böyük özəlliyi onun oksigen barı olmasıdır. Bu da sərnişinlər üçün bir udum təmiz hava deməkdir. Yaponiyada bu tipli müəssisələr hələ 80-ci illərin əvvəllərində meydana gəlib. Yerli biznesmenlər meqapolisdə hava çatışmazlığını nəzərə alaraq daimi stres və yaramaz ekologiyadan əziyyət çəkən şəhər sakinlərini təmiz hava ilə nəfəs almağa dəvət etdilər. Müştərilərə həmçinin oksigenlə zəngin kokteyllər təklif edilir. Oksigenlə zəngin 10 dəqiqənin qiyməti 800 Yaponiya yenidir.

Yeni Zelandiyanın Gisborn aeroportu təyyarələrin qatarlara yol verdiyi yeganə hava limanıdır. Yerli limanın uçuş-enmə zolağı dəmiryolu xətti ilə kəsişdiyindən təyyarələr bəzən gözləməli olurlar.

Torpaq qıtlığı şəraitində insanlar bəzən, təhlükəli, amma eyni zamanda gözoxşayan qeyr-adi eksperimentlərə əl atırlar. Hibraltar aeroportu da bu sınağın nəticələrindəndir. Ağlasığmaz enmə zolağı gedişli-gəlişli avtomobil yolu ilə kəsişir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir