24

Dünyada ən sağlam insanlar harada yaşayır?

Baxış sayı: 1. 498

Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında Bloomberg agentliyi tərəfindən aparılmış tədqiqatın nəticəsinə görə, ən sağlam insanlar Sinqapurda yaşayır.

ICTnews.az interfax.ru-ya istinadən yazır ki, sağlamlıq göstəriciləri proqnozlaşdırılan ömür müddəti, ölüm səbəbləri, yaş qrupları kimi bir çox amillər əsasında qiymətləndirilib. Risklər isə sağlamlığa mənfi təsir edən əlamətlər nəzərə alınmaqla müəyyən edilib. Belə ki, gənclər arasında siqaret çəkənlərin sayı, yüksək xolesterin və yüksək təzyiq səviyyəsinə malik əhalinin sayı, vaksinləmənin yayılma dərəcəsi, piylənmədən əziyyət çəkənlərin sayı risk faktoru kimi nəzərə alınıb.

Sinqapur əhalisi bütün kateqoriyalar üzrə 89,45 faizlik yüksək göstərici nümayiş etdirib. İkinci pillədə 89,07 faiz göstərici ilə italiyalılar qərarlaşıb. Avstraliya vətəndaşları 88,33 faiz toplayaraq üçüncü olub.

İlk onluqda İsveçrə (4-cü pillə, 88,29 faiz), Yaponiya (5-ci pillə, 86,83 faiz) və İsrail (6-cı pillə, 85,97 faiz) qərarlaşıb.

Böyük Britaniya reytinq cədvəlində (76,84 faiz) 21-ci, ABŞ (66,84 faiz) isə 33-cü pillədə yerləşib.

Qeyd edək ki, reytinqin tərtibi zamanı hərbi əməliyyatlar nəticəsində ölüm halı nəzərə alınmayıb, buna görə Suriya və Liviya kimi ölkələr reytinqin yuxarı pillələrində qərarlaşıblar.Reytinqin aşağı pilləsində isə Afrika dövlətləri bərqərar olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir