muharibe

Dünyanın ən ölümcül müharibələri – ƏN ÇOX ÖLÜM…

Baxış sayı: 163

İstifadə olunan silahlara, məqsədlərinə, tərəflərinə və olduğu yerlərə görə aparılan müharibələrə fərqli adlar verilir.

Nüvə müharibəsi, soyuq müharibə, vətəndaş müharibəsi, dini müharibələr (cihad, səlib yürüşü), dünya müharibəsi, partizan müharibəsi və s.

Bu gün aparılan müharibələr Birləşmiş Millətlər Təşkilatı tərəfindən qoyulan bəzi qaydalara əsaslanır. Keçmişdə baş verən müharibələrin əksinə, bu gün aparılan müharibələrdə xüsusilə mülki əhalinin öldürülməsini əngəlləmək, ölkələr və insanları yox etməkdənsə, onları zəiflətmək əsas götürülür.

Ancaq buna baxmayaraq, bu gün də aparılan müharibələrdə faciələr yaşanır.

Məsələn, 1990-cı illərdə Şimali Afrikada baş verən vətəndaş və qəbilə müharibələrində 1 milyondan çox insan həyatını itirib.

2003-cü ildə başlayan İraq müharibəsində çox sayda əsgər və mülki insan ölüb.

Qarabağda müharibə qaçılmazdır -

Müharibə cinayəti…

Müharibə cinayəti, hərbi və ya mülki, şəxsin və ya şəxslərin, hərbi qanunları pozduğuna görə beynəlxalq cinayət hüququ çərçivəsində cəzalandırıla biləcəyi bir cinayətdir. Xüsusilə bunlara mülki insanların öldürülməsi, pis rəftarı və ya zorla çalıştırılması, hərbi əsirlərin öldürülməsi və ya pis rəftarı, girovların öldürülməsi, ictimai və özəl mülklərin talan edilməsi, şəhərlərin lazımsız şəkildə yandırılması və dağıdılması kimi hərəkətlər daxildir.

Dövlətlərarası qarşıdurmalarda müharibə qanunlarının hər bir pozutusu hərbi cinayət sayılır, lakin dövlət daxilindəki qarşıdurmalardakı pozuntular müharibə cinayətləri hesab edilməyə bilər.

Tarixdə baş verən ən ölümcül müharibə, 1939-cu ildən 1945-ci ilə qədər baş verən, 60-85 milyon insanın ölümünə yol açan ll Dünya Müharibəsi olub. Onun ardınca təqribən 60 milyon inanın ölümü ilə nəticələnən Monqol istilaları gəlir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir