heyvanlar

Dünyanın ən qorxulu və ən eybəcər heyvanları – FOTOLAR

Baxış sayı: 1. 769
Dünya təbiətində minlərlə, on minlərlə heyvan cinsi var. Bu heyvanlar arasında xarici görünüşünə görə həddən artıq qorxulu və eybəcərləri mövcuddur.
Bu heyvanlar təhlükəli, güclü və ya yırtıcı olduqlarına görə yox, həddən artıq eybəcər olduqlarına görə dünya alimləri və təbiətşünasları tərəfindən “ən eybəcər heyvanları” siyahısına salınıb.
“Gencaile.az” ölkə.az-a istinadən bu siyahını oxuculara təqdim edir:

1-Ay-ay

Madaqaskarda yaşayan bu heyvan eybəcərlik təcəssümüdür. Həddən artıq çirkin görünüşə sahib bu heyvan onu görənlərdə ikrah hissi yaradır. Sarı gözlər, pırpız saçlar, sağ ayağı ilə ürəyini tutmaq cəhdi-bu Madaqaskar heyvanının gündəlik xarici görünüşüdür.


Kabarqa

Самые страшные животные

Kiçik, buynuzsuz kabarqa maralının iti dişləri olmasa bəlkə də normal heyvana bənzəyərdi. Amma bu iti dişlər onun xarici görünüşünü korlayır və dünyanın ən eybəcər heyvanlarından birinə çevirir.


Qırmızı dodaq balıq

Yırtıcı dəniz balığıdır. Bu balığın qlamur dodaqları, kiprikləri, çənəsində saqqalı var. Üzgəclərindən ayaq kimi istifadə edərək suyun dibində gəzə bilir. Qeyd etmək lazımdır ki, qırmızı dodaq pis üzdüyü kimi elə pis də gəzir.


Eyzelt soxulcanı

Eyzelt soxulcanı qurbağa və ya kərtənkələyə bənzəyir. Amma ayaqları yoxdur. Bu heyvanın gözü və ağciyəri də yoxdur. Eyzelt soxulcanı dərisi ilə nəfəs alır. Uzunluğu 75 sm-dir.


Kral vağı

Kral vağının bədəninə yaraşmayan çox böyük ölçülü başı var. Hətta begemot da bu heyvana baxanda şükürlüdür. Bu heyvanın bədəni çox kiçikdir və demək olar ki, tüklərdən ibarətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir