PUL

Dünyanın ən varlı qadınları – SİYAHI

Baxış sayı: 475

Françoise Bettenkourt-Meyers

Sərvəti ona anasından miras qalıb. Onun anası  Liliane Bettenkourt “L’Oreal” parfümeriya və kosmetika şirkətinin sahibi olub. Hal-hazırda bu xanım şirkətdə 33 faiz paya sahibdir. Onun ümumi sərvəti təxminən 49.5 milyard dollardır.

Anası ilə onun münasibətləri heç də yaxşı olmayıb. Hətta ana-bala 2007-ci ildə məhkəmədə çəkişiblər . Françoise məhkəmədə iddia edib ki, anasının səhhəti getdikcə pisləşir və ətrafındakılar bundan istifadə edib maliyyə baxımından onu istismar edirlər.Onların əlaqələri Liliane Bettenkourtun ölümündən bir neçə il əvvəl bərpa olunub.

68 yaşlı Françoise həm də araşdırmaçılıq fəaliyyətilə məşğuldur.O, yunan tanrıları və xristianlarla yəhudilər arasındakı əlaqələrlə bağlı bir neçə məqalə dərc etdirib.

 

Alisa Uotson

72 yaşlı Alisa Uotson  “Walmart” supermarketlər şəbəkəsinin sahibi Sam Uoltonun yeganə qızıdır. O, iki qardaşından fərqli olaraq şirkətin idarəçiliyində iştirak etməyib, incəsənətlə məşğul olub. Arkanzas ştatının Bentonville şəhərindəki Amerika İncəsənəti Muzeyinin İdarə Şurasının sədridir. Bu xanım nəinki bu mirası qoruyub saxlaya bilib,  həmçinin  gəlirləri iki dəfə çox yüksəldib. “Forbes” in məlumatında bildirilir ki, 72 yaşlı Kristin Uolton 46.7 milyard dollar dəyərində sərvətə sahibdir.

 

Maria Franca Fissolo

Dünyaca məşhur “Ferrero Rocher” şokoladlarının yaradıcısı, Nutella şokaladını və fındığı birləşdirib yeni bir marka yaratmağa nail olan iş adamı Mişel Ferreronun dul həyat yoldaşı Maria Franca Fissolo  “Forbes” jurnalının məlumatına görə 33.5 milyard sərvətə sahibdir.

 

Yan Huiyan

Çinin ən varlı qadını sayılan Yan Huiyanın sərvəti təxminən 22. 1 milyard dollardı.

“Country Garden Holdings” adlı tikinti və inkişaf şirkətinə aid aksiyaların böyük hissəsi ona məxsusdur. Şirkətin saytında yer alan məlumatlara görə, “Country Garden Holdings” böyüklüyünə görə tikinti şirkətləri arasında dünyada 3-cüdür.

Yan Huiyan “Ohayo” universitetində oxuyub. Şirkət səhmlərinin 57 faizi ona atasından miras qalıb.

 

Susanne Klatten

59 yaşlı bu  almaniyalı xanım əczaçılıq və avtomobil istehsalı şirkətlərindəki səhmləri sayəsində varlanıb.

Valideynlərinin vəfatından sonra Altana AG kimya şirkətinə aid səhmlərin 50 faizi ona miras qalıb. O və qardaşı “BMW” şirkətində də 50 faiz paya sahibdirlər.

Sonralar Susan Altana AG şirkətini bütünlüklə sahiblənib. Eyni zamanda, bir çox başqa şirkətlərin də səhmlərini alıb.

 

Makkenzie Bezos

Jeff Bezosun keçmiş yoldaşı olan Makkenzi Bezosun sərvəti təxminən 35,6 milyard dollar. Bu, onun sadəcə Amazon şirkətindəki payının dəyəridir

52 yaşlı qadın Jeff Bezosla 1993-cü ildə evlənib. Onların 4 uşağı var.

“Amazon”un ilk işçilərindən olan  Makkenzi iki roman yazıb.

Bundan başqa o, zorakılığa qarşı mübarizə məqsədilə “Bystander Revolution” adlı qeyri-hökumət təşkilatı da yaradıb.

 

Lauren Pouvell Jobs

“Apple” şirkətinin qurucularından biri olan Stiv Jobsun arvadı. Ərinin ölümündən sonra Laurenə və onun ailəsinə “Apple” və” Disney” şirkətlərindən 20 milyard dollarlıq sərvət miras qalıb.

Bundan sonra 55 yaşlı Lauren jurnalistika sahəsinə investisiya qoyaraq “Atlantic” jurnalına aid səhmlərin böyük qismini alıb.

Eyni zamanda, “Mother Jones” və “ProPublica”ya da vəsait qoyub.

Lauren təhsildə və miqrasiya qanunvericiliyində islahatlar üçün mübarizə aparan təşkilatlara da yardım edir. Hal-hazırda onun sərvəti təxminən 20 milyard dollardı.

 

Elis Uolton

Sema Uoltonun qızı ABŞ-ın ən varlı qadınlarından biri  hesab olunur. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu qadın 40 milyard dollar dəyərində sərvət sahibidir.  Lakin onun qanunla əlaqədar problemləridə mövcuddur. Belə ki o,  piyada keçidində  avtomobili ilə piyadaya xəsarət yetirərək onun ölümünə səbəb olub.

 

Jaklin Mars

81 yaşlı Jaklin Mars “Mars” şirkətinə aid səhmlərin üçdə birinə sahibdir.

Bir çox başqa şeylərlə yanaşı, bu şirkət həm də məşhur “Mars” şokoladlarını istehsal edir. “Mars” 1911-ci ildə Jacquelinein babası Frank Mars tərəfindən qurulub.

Jaklin şirkətdə 20 il işləyib və 2016-cı ilə qədər Direktorlar Şurasının üzvü olub.

Hazırda o, xeyriyyəçiliklə məşğuldur, Washington Milli Operasının və Milli Arxivin direktorlar şuralarının üzvüdür.”Mars”, həmçinin ABŞ-ın ev heyvanları üçün yem istehsal edən ən böyük şirkətidir.Onu sərvəti təxminən 23,9 milyard dollardı və  ən varlı adamlar siyahısında 33-cü yerdədir.

 

Ebiqeyl Conson

Bu qadın “Fidelity Investments holdinq” müəssisəsinin sahibəsidir və apardığı iş üzrə əldə etdiyi nailiyyətlərə əsasən dünyanın ən varlı qadınları sırasına daxildir. Ekspertlərin qiymətləndirməsinə görə, hazırkı dövrdə bu qadın 15,3 milyard dollar dəyərində sərvətə sahibdir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir