Düyü yemək ziyandır?

Baxış sayı: 4. 195

Az qala hər gün yediyimiz düyünün tərkibində “Arsen” elementi aşkarlanıb. Bu isə bilavasitə insan sağlamlığına təhlükədir. “Focus-online” saytı yazır ki, belə bir xəbərdarlıqla risklərin tədqiqatı üzrə Almaniya Federal İnstitutu çıxış edib. İnstitutun araşdırmasına görə, düyüdə zərərli “Arsen” kimyəvi elementi və mineral yağlar mövcuddur. Bu isə böyüklər üçün qismən, körpə və azyaşlı uşaqların sağlamlığı üçünsə həddən ziyadə təhlükəlidir.

Məlum olub ki, azyaşlı uşaqların inkişafında əsas rol oynayan düyü məhsullarının tərkibində düyü toxumunun özündən daha çox zəhərli maddələr yer alır. Zəhərlənmə, qıcolma, qarın işləməsi yaratmaqla yanaşı, əsəb və qan-damar sisteminə də mənfi təsir göstərir (AZƏRTAC).

Tədqiqatın nəticəsinə görə, “Arsen” elementi təmiz halda və yüksək qatılıqda zəhərlidir. Misəridən zavodlar, daş kömürlə işləyən elektrik stansiyaları ətraf mühiti “Arsen”lə çirkləndirir. Nəticədə içməli suda, torpaqda, bitkilərdə onun miqdarı artır. Bu isə öz növbəsində südün, ətin və meyvə-tərəvəzin “Arsen”lə çirklənməsinə səbəb olur.

Bir sıra Asiya dövlətlərində düyü zəhərli qrunt suları ilə suvarılır. Ekoloji test göstərir ki, Çin və Banqladeş istehsalı olan düyü və düyü məhsulları insan orqanizmi üçün çox təhlükəlidir. Misir və Hindistan kimi ölkələrdən idxal edilən məhsullar isə qənaətbəxş hesab edilir.

İstənilən halda, düyü soyuq su ilə yaxşı yuyulmalı və bol suda qaynadılmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir