geyim

Düzgün ayaqqabı, corab və şalvar seçimini necə etməli?

Baxış sayı: 2. 705

Geyindiyiniz şalvarın ayaqqabı və corab ilə uyğun olması çox önəmlidir. İdman tərzində geyinərkən ayaqqabı və corabı seçəndə nələrə diqqət etmək lazımdır?

Şort və idman şalvarı geyinərkən corab və ayaqqabı kombinasiyası necə olmalıdır?

Əgər, aktiv idmanla məşğulsunuzsa, bu nümunələr işinizə yaramaya bilər. Lakin gündəlik olaraq idman tərzində geyinirsizsə bunlara diqqət etməyinizdə fayda var.

Ayaqqabıdan çox da görünməyən uzunluqda qara və ya şort rəngində olan corablar geyinilməlidir.

Tennis ayaqqabıları tipli idman ayaqqabıları, bağı olmayan parça ayaqqabılardan istifadə edilməlidir.

Cins şalvar ilə hansı tərzdə ayaqqabı və corab geyinmək lazımdır?

Bir çoxları cins şalvarı gündəlik olaraq istifadə edir. Cins şalvar geyinərkən də ayaqqabı və corab seçiminə diqqət etmək lazımdır. Məsələn, qara və olduqca tünd rəngdə qısa corab, ayaqqabılardan isə, şalvarın rənginə uyğun olaraq tufli, keta geymək olar.

Kətan şalvar ilə hansı tərzdə ayaqqabı və corab geyinmək lazımdır?

Belə şalvarlar ilə tək rəngli və uzun corab geyinmək lazımdır. Rəng seçimi isə krem rəngi, bulanıq göy və ya qara ola bilər. Amma rənglərin mat olması önəmlidir.

Qış günlərində kətan şalvar ilə qısa boğazlı bot tipli tuflilər, yaz fəsli üçün isə açıq qəhvə və ya qəhvə rəngində bağı az olan ayaqqabı modeller seçə bilərsiniz.

Parça şalvar ilə hansı tərzdə ayaqqabı və corab geyinmək lazımdır?

Seçiminiz parça şalvar olacaqsa, iki nüansa diqqət etməlisiniz: getdiyiniz yer və geyinəcəyiniz ayaqqabının naxışları.

Belə şalvarlar ilə müxtəlif naxışları olan rəngli corablar geyinərək fərqli görünüşə sahib ola bilərsiniz. Tünd rəngli şalvar ilə tünd rəngli, ağ xətli corablardan da istifadə edə bilərsiniz. Ayaqqabılardan isə, əsasən qara rəngli, öndən biləyə qədər bağlı olan, sivri burunlu ayaqqabılardan istifadə edə oluna bilər.

Kostyum ilə hansı tərzdə ayaqqabı və corab geyinmək lazımdır?

Bu kombinasiyada corablar uzun, rəngi isə kostyumun rənginə yaxın olmalıdır. Dəniz mavisi, qara, qəhvəyi rəngdə olan corablar seçimlərinizin sırasında ola bilər.

Kostyum ilə parlaq, sivri uclu ayaqqabılar geyinilir. Bağı olan ayaqqabıları geyinməyiniz məsləhətlidir. Kostyumun rəngi çox açıq deyilsə, qəhvəyi və ağ ayaqqabılardan uzaq durun. Qara, tünd dəniz mavisi, açıq qəhvəyi rəngli ayaqqabılar seçiminiz ola bilər. Əgər, kəmərdən istifadə edirsinizsə, ayaqqbı ilə kəmərin rəngi eyni olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir