saygac

Elektrik sayğacı istifadə ediləndən daha çox borc yazırsa, nə etməli?

Baxış sayı: 1. 048

Yay  fəsli elektrik enerjisinə tələbatın ən çox olduğu dövrdür. Belə ki, havaların isti keçməsi kondisionerdən istifadəni zəruri edir, bu da ayın sonunda elektrik enerjisinə ödənilən məbləğin artmasına gətirib çıxarır. Bəzi vətəndaşlar isə zaman-zaman evlərinə gələn bildirişlərdə göstərilən məbləğin istifadə olunan elektrik enerjisinə  adekvat olmadığını və kəskin artdığından şikayətlənirlər. 

Nəticədə sayğacın düzgün işləməməsindən, o cümlədən sərfiyyatı artıq göstərməsindən şübhələnirlər? Bəs belə olan halda vətəndaş  nə etməli, haraya müraciət etməlidir? Sərfiyyatı istehlak həddinə uyğun hesablamaması ilə bağlı şübhə yaranan sayğac hansı şəkildə yoxlanılır?

“Azərişıq” ASC-nin sədri Tanrıverdi Mustafayev bildirdi ki, hər bir abonentin sayğacı yoxlamaq üçün bu quruma müraciət etmək haqqı var: “Hər bir abonentin ixtiyarı var ki, şübhələndikdə sayğacın yoxlanması üçün müraciət etsin. Bu müraciət yazılı şəkildə olmalı və “Azərişıq” ASC-nin abonentin yaşadığı rayonun müvafiq  yerli idarəsinə müraciət etməlidir. Sayğac abonentin özünün iştirakı ilə ilk növbədə yerindəcə yoxlanılır. Ehtiyac olarsa, sayğac “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən açılır, bu qurumun laboratoriyasına aparılır. Burada da abonentin özünün iştirakı ilə yoxlanılır. Əgər sayğacda problem varsa, dəyişdirilir”.

T.Mustafayev vurğuladı ki, həm sayğacın açılması, həm laboratoriyada yoxlanılması, həm də dəyişdirilməsi ödənişsiz olaraq həyata keçirilir.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir