1337100267-714

Enli budlar sağlam ürəyə işarədir

Baxış sayı: 2. 199

3000 könüllü kişi və qadın üzərində aparılan tədqiqatlar göstərib ki, budunun diametri 60 sm.-dən çox olan insanlar ürək xəstəliklərindən daha az əziyyət çəkirlər.1337100267-714
Alimlər müəyyənləşdiriblər ki, arıq insanlarda əzələ kütləsi az olur ki, bu da orqanizmin insulinin səviyyəsinə nəzarəti çətinləşdirir və diabet yaranır. Nəticədə isə müxtəlif ürək xəstəlikləri yaranır.
Qeyd edək ki, 3000 nəfərin qatıldığı tədqiqatlar 10 il ərzində davam edib. Həkimlər bu illər ərzində bütün iştirakçıların boyunu, çəkisini, bud və ombalarının diametrini ölçüblər və hesablamalar aparıblar. Nəticədə qərara gəlinib ki, budun diametri ürək xəstəliklərinin indikatoru kimi ən ideal bədən üzvüdür.
Tədqiqatların davam etdiyi 10 il ərzində 257 kişi və 155 qadın dünyasını dəyişib, 263 kişi və 140 qadında ürək çatışmazlığı, 103 kişi və 34 qadın isə müxtəlif ürək xəstəlikləri yaranıb.

Bu nəticələri tədqiq edən alimlər müəyyən ediblər ki, yuxarıda sadalanan pasientlərin 2/3-nin budunun həcmi 55 sm.-dən az olub.Bəs ensiz budu olan insanlar nə etməlidirlər? Tədqiqatçılar bildirirlər ki, gündə bir neçə dəqiqə gimnastika və səhər gəzitsisi kimi primitiv üsullarla bud əzələlərini (eyni zamanda digər əzələ kütlələrini) inkişaf etdirmək bununla da can və urək sağlığına qovuşmaq olar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir