Ər-arvad hamam vərdişinə görə ildə 312 dəfə dalaşır

Baxış sayı: 2. 005
İsveç alimləri evli cütlüklərin ciddi yox, olduqca gülməli səbəblərə görə dava etdiklərini üzə çıxarıb. 
Məlum  olub ki, cütlüklər təkcə hamam, duş vərdişlərinə görə ildə 312 dəfə dava edirlər. Bura hamamda daha çox qalmaq, hamamdan çıxandan sonra oranı təmizləməmək, üzünü qırxan kişinin tüklərini yerə tökməsi, yaş dəsmalı yatağın üstünə atmaq daxildir.
Araşdırma nəticəsində cütlüklər arasındakı davaların başlıca səbəblərinin bunlar olduğu üzə çıxıb: diş pastasının ortadan sıxılması, yorğanı çəkmək, hamamda uzun müddət qalmaq, xoruldamaq, qayınana təzyiqi, geyim formasına müdaxilə, uşaqları məktəbdən kimin götürəcəyi sualı, həyat yoldaşının maşını idarə etmə forması, qohum-əqrəba ziyarətləri, diqqət azlığı, daim serial seyr etmək, alış-veriş, pul, hazırlanmaq üçün qarşı tərəfi uzun müddət gözlətmək.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir