erken nikah

Erkən nikahlar hansı ginekoloji və psixoloji problemlər yaradır?

Baxış sayı: 298

Erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütəmadi maarifləndirmə işləri aparılır, lakin hələ də belə faktlara rast gəlinir.

Erkən nikahlar hər kəs tərəfindən birmənalı şəkildə mənfi qarşılansa belə, nəticələr onu göstərir ki, erkən nikahların baş verməsi problem olaraq qalır. Problemə hüquqi cəhətdən baxsaq, Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. Bu, Ailə Məcəlləsinin 10-cu maddəsi ilə də təsbit edilib. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər 3 mindən 4 min manatadək cərimələnə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.

Bu mövzuda isə ən diqqətçəkən məqam erkən yaşda evliliyə məcbur edilən xüsusən qız uşaqlarının psixoloji və ginekoloji sağlamlığıdır.

Hər zaman aktual olan bu mövzu barədə mütəxəssislərin yanaşmalarını qeyd etmək istəyirik. Mövzu ilə əlaqədar ginekoloq və psixoloqun mövqelərini məzmuna əlavə etdik.

erken nikah 1

Məsələ ilə bağlı “Gencaile.az” saytınaa danışan ginekoloq Aygün Ağayeva deyir ki, fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların – gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini birmənalı şəkildə qeyd etmək olar. Bundan başqa, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uşaq ölümünün azalmasına gətirib çıxarar.

Ginekoloq onu da qeyd etdi ki, erkən yaşlarda hamilə qalmaq qadınlar üçün risk faktoru hesab olunur. Ailə qurmaq üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır: “Yeniyetmə qız uşaqları ilk menstruasiyadan sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur”

erken nikah

Mövzuya münasibət bildirən psixoloq Laçın Məhərrəm isə aşağıdakıları bildirdi: “Nikaha girən oğlanla qız arasında yaş fərqi çox olduqda ailədə ziddiyyətlər yaranır. Ziddiyət olan yerdə münaqişə, konflikt hər zaman mövcud olur. Sözsüz ki, belə ailələr uğurlu sayılmır. Burada mənəvi, psixoloji fəsadlar üzə çıxır. Ailədə əmək vərdişlərinin olması vacib məsələdir. Ailənin hər iki üzvü bir sıra əmək vərdişlərinə malik olmalıdır. Kişi evdəki fiziki işləri bilməli, ev təsərrüfatında həyat yoldaşına kömək etməyi bacarmalıdır. Ailə üzvləri qazanılan gəlirin idarə edilməsi ilə bağlı biliklərə sahib olmalıdırlar. Cavanlarda qadın və kişi, ər və arvad, ata və ana olaraq hüquqi biliklərin olması vacibdir. Münaqişələrin və ailənin uğursuz olmasının başqa bir səbəbi isə mənəvi, psixoloji və fizioloji yaxınlığın düzgün qurulmamasıdır. Belə uyğunluq olmayanda söz-söhbət, münaqişə, konflikt yaranır.”

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir