BERABERLIK

Evdə “müdir” kimdir? – “EVLİSƏN”

Baxış sayı: 739

Tərəflər çox vaxt evdə ancaq öz tələblərinin qəbul olunmasını və ya hadisələrin mərkəzində ancaq onların dayanmasını arzu edirlər. Onlar sanki bununla “Burada müdir mənəm, mənim dediyim olmalıdır” iddiasına düşürlər. Elə isə evdə müdir kim olmalıdır? Və ya ümumiyyətlə evdə müdir olmalıdırmı? “Gencaile.az” saytının “Evlisən” rubrikasında məhz bu haqda danışacağıq.

sevgi

Əslində, cəmiyyətdə hər qrupun bir lideri var. Ailə də ictimai bir qrup olduğu üçün burada da liderə ehtiyac var. Digər tərəfdən, ideal liderin bəzi keyfiyyətləri var. Məsələn, bir lider heç vaxt təkbaşına qərar qəbul etmir və ya bir lider heç vaxt təkbaşına məsuliyyət götürmür. İdeal lider həm də müdirlik iddiasında olmayan liderdir.

sevgi

Bütün bu qeydlərdən sonra artıq “Bəli, evdə bir lider olmalıdır” deyə bilərik. Təbii ki, müdirlik iddiasında olmayan bir lider və ailənin hər üzvünü öz sahəsində müdir kimi görən bir lider. Bu prizmadan baxdıqda “Ailənin hər üzvü öz sahəsində müdirdir” deyə bilərik. Məsələn, mətbəx sahəsində evin xanımı müdir olduğu halda, bazar sahəsində evin bəyi müdirdir. Bir sözlə, ailənin öz daxilində müəyyən etdiyi strukturdan asılı olaraq ailənin hər üzvü öz sahəsində müdirdir və digər ailə üzvlərini istiqamətləndirmək hüququna malikdir. Bu, həm də ailə daxilində ümumi nizam-intizamın hakim olması üçün vacibdir. Bu məsələdə başqa bir müsbət cəhət isə ailə üzvlərində (xüsusilə də, uşaqlarda) ailə məfhumunun formalaşmasıdır. Evin lideri isə bütün bu fəaliyyətləri təşkil edə bilən və bütün ailə üzvlərinin hüquqlarını qoruya bilən insandır.

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir