Berluskoni

“Evdə “sevgilim”, işdə “cənab nazir” deyirəm”

Baxış sayı: 2. 136

29 yaşlı Franceska Paskalın açıqlamaları İtaliya mətbuatında “Berluskonini necə əldə etdim” başlığı ilə yayılıb. Kitab artıq hazırdır və Bruna Vespanın yazdığı kitab bu gün satışa çıxacaq.

Kitabda Paskale uşaqlığından bəri Berluskoniyə heyran olduğunu və onunla tanış olmağı qarşısına məqsəd qoyduğunu deyib. “Ona aşiq olmuşdum. Partiyasına üzv oldum. Berluskoninin bir oteldə toplantısı var idi və o doğurdanda çox cəlbedici idi. Ona yaxınlaşaraq cənab nazir çox yaraşıqlısınız dedim. Oda gülümsündü və mənim halımı soruşdu. Ona bir kağızda telefon nömrəmi verdim və “zənginizi gözləyəəm” dedim. O da mənə “çox sürətlisən” deyə cavab verdi. Bir necə gün sonra zəng gəldi. Berluskoni idi zəng edən və biz iki saat danışdıq”.

Gənc və gözəl Paskale evdə keçmiş nairə “sevgilim”, çöldə isə “cənab nazir” dediyini deyib.
Onun sözlərinə görə, italiyalı siyasətçi 2012-ci ilin dekabr ayında bir televiziya proqramında münasibətlərini açıqlayıb və o zamandan birlikdədirlər.

Gənc qız sevgilisinin həyatda çox əyləncəli, şəfqətli, əsla yorulmayan biri olduğunu deyib. “Onun ətrafındakı qadınların demək olar ki, hamısı ilə tanış olmuşam və hamısını da qısqanırdım. İndidə qısqancam. Hətta bir mağazada satıcı onunla foto şəkdirmək istəsə belə qısqanıram”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir