evlilik

Evlənmək üçün nə tələsin, nə gecikin…

Baxış sayı: 1. 317

Evlənmək üçün hiss nə qədər vacibdirsə, məntiq də o qədər vacibdir. Elə isə bu məsələni yaş dövrlərinə görə nəzərdən keçirək…

13-20 yaş: Bu yaş dövründə hisslər daha çox üstünlük təşkil edir. Ona görə də, bu dövrdə ciddi münasibətlərdən danışmaq və ya evlilik barədə düşünmək çox tezdir. Çünkü tərəflər bir-birilərini olduqları kimi görə bilmirlər. Bu yaş dövründə evlənmək barədə qərar qəbul edənlər çox vaxt istədikləri nəticələri əldə edə bilmirlər. Və ya başqa sözlə, istər gənclər, istərsə də ailələri sonu o qədər də xoş olmayan hadisələrlə qarşılaşırlar. Ona görə də, əgər bu yaş dövründəsinizsə, ən yaxşısı elminizi və biliyinizi inkişaf etdirməklə maraqlanın. Digər işlər barədə isə vaxtı çatanda düşünün.

21-32 yaş: Bu yaş dövründə hisslər də, məntiq də eyni səviyyədə özünü göstərir. Məsələn, kimisə çox bəyənə, ancaq onun həyat tərzi ilə özünüz arasında fərqi görə bilərsiniz. Buna görə də, evlilik barədə qərar qəbul etmək üçün ən yaxşı vaxt bu yaş dövrünün ortası, yəni 24-29 yaşdır.

33 yaş və yuxarı: Bu yaş dövründə məntiq ön, hisslər isə arxa plandadır. Ona görə də, bu dövrdə tərəflərin bir-birilərinə qarşı çox obyektiv olması, bütün qüsurlarını görməsi və qarşı tərəfə hissləri ilə bağlanmaqda çətinlik çəkməsi təbiidir. Əgər bu yaşa qədər evlənməmisinizsə, tələsin. Çünki hər keçən gün sizin hisslərinizdən bir şey aparacaq və siz vaxt keçdikcə çox məntiqli düşünən bir insana çevriləcəksiniz. Halbuki evlilik təkcə məntiqlərimizlə yox, hisslərimizlə də mümkün olan bir şeydir.

Və bir haşiyə…

Ümumiyyətlə, insanlar ömrü boyu həyatda hissləri və məntiqləri arasındakı tarazlığı qorumağa çalışırlar. Bu baxımdan, əlbəttə ki, yuxarıda göstərilən yaşların heç biri konkret deyil. Ancaq bununla yanaşı, aşağıdakı “hiss-məntiq” silsiləsini nəzərə almaq da çox vacibdir:

– 13-20 yaş: Hiss dövrü;

– 21-32 yaş: Hiss dövründən məntiq dövrünə keçid;

– 33-50 yaş: Məntiq dövrü;

– 50 yaş və yuxarı: Məntiq dövründən hiis dövrünə keçid.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir