aile problemi

Evlilikdə xoşbəxt olmamağın səbəbləri nələrdir?

Baxış sayı: 174

Xoşbəxt olmayan evliliklər hal-hazırda keçmişlə müqayisədə daha çoxdur. Cütlüklərin evləndikdən sonra bədbəxtliyə uğraması həm həyat keyfiyyətlərinin aşağı düşməsinə səbəb olur, həm də uşaqların gələcəkdə müxtəlif psixoloji problemlərə sahib olmasına gətirib çıxarır. Xüsusilə evli cütlüklərin çox uzun müddət sevgililik dövrü yaşaması və ya tam əksi çox qısa müddətdə tanış olub tez evlənməsi bədbəxt evliliyin ən böyük səbəbkarlarındandır.

Uzunmüddətli münasibətlərdən sonra alınan evlilik qərarı sevgi və xoşbəxtlikdən çox o insana öyrəşmək və başqa bir insan ilə münasibət yaşamaqdan qorxmaq səbəbilə baş verir. Eyni şəkildə çox qısa bir müddət əvvəl tanış olmuş cütlüklər də yanlış qərar verirlər. Bundan əlavə tərəflərin evlilikdən sonra həyat tərzlərini böyük ölçüdə dəyişdirməsi, fərqli xarakterlərə sahib olmaları və ya qarşı tərəfə qarşı laqeydlik göstəmələri yaşanan ən böyük problemlərdəndir.

aile

Maddi məsuliyyətlər isə xüsusilə kişilərin üzərindəki iş yükünün artmasına və evə iş gətirməkdən başlamaqla qarşı tərəflə vaxt keçirmək istəməməyə qədər müxtəlif problemlərə səbəb olur.  Evlilikdən əvvəl ailəsi ilə birlikdə yaşayan və hər hansı maddi məsuliyyət altına girmə təcrübəsi olmayan bir çox kişi evlilikdə bu yükdən yorulmağa başlayır. Həmin stressi isə evliliklərinə və həyat yoldaşlarına əks etdirməyə başlayırlar.

Qadınlarda isə uşaq sahibi olmağın evliliklərdəki problemlərə səbəb ola biləcəyi müşahidə edilir. Davamlı olaraq həyatlarının mərkəzinə uşaqlarını qoyan qadınların həyat yoldaşlarına diqqəti azala bilir. Bunun nəticəsində yaranan ünsiyyət azlığı bir-birindən uzaqlaşmağa yol açaraq evliliklərin sonunu gətirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir