qara qiz

Facebookda “Qara qızlar“ sizə niyə yazır?

Baxış sayı: 2. 025

Facebookda tez-tez rast gəlinən hallardan biri də tailandlı, filippinli, seneqallı, nigeriyalı və digər uzaq ölkə vətəndaşlarından gələn dostluq təklifləri və mesajlardlr.

Onlar nə istəyirlər və məqsədləri nədən ibarətdir?

Bu mövzuda kiçik araşdırma aparılıb. Bəlli olub ki, həmin şəxslər məqsədlərinə görə iki yerlə bölünür: miras təklif edənlər və şantajla pul almağa çalışanlar. Miras təklif edənlər sizə elektron poçt məktublarından tanışdırlar. Onlar sizə Nigeriyada nənənizin öldüyünü və sizin üçün 500.000 (rəqəm şərtidir) miras qoyduğunu yazırlar. Əlbəttə, çox adam bu xəbərə inanmaz. Amma buna aldananlar da az deyil. Mesaja yazılan cavabdan sonra sizə deyilir ki, mirasın sənədləşmə işlərini tamamlamaq üçün 500$ göndərməlisiniz. 500 dollarla 500.000 qazanmaq istəyənlər buna gedirlər. Nəticədə həmin şəxslə əlaqələr kəsilir. Necə deyərlər, it də gedir, ip də.

Şantajla pul qazanmaq istəyənlər isə daha təhlükəlidirlər. Bu, əsasən, oğlanlar üçün qurulan tələdir. “Qara qızlar” sizə bir neçə gün yazırlar. Münasibət yaxşılaşandan sonra sizi “skype”a dəvət edirlər. Qarşı tərəfdəki “şəxs” sizi intim jestlərlə yoldan çıxarır və sizi də eyni şeyləri etməyə vadar edir. Bununla da siz onun əlində oyuncağa çevrilirsiniz. Növbəti gün eyni şəxsdən gələn videomesaj isə sizə sillə kimi dəyir. Məlum olur ki, dünən sizinlə danışan qız əslində kişidir və “Skype”da sizə hansısa porno filmdən bir parçanı izlətdirib. Baş verənləri də “Bandicam”, “Camtasia” kimi proqramlarla lentə alıb. Bundan sonra şantaj edilirsiniz. Sizə hesab nömrəsi göndərilir və deyilir ki, o hesaba 500$ köçürməsəniz bu video bütün dostlarınıza göndəriləcək. Həmin şəxs sizin statuslarınızı izləyib və aktiv ünsiyyətdə olduğunuz insanları özündə qeyd edib. Dünyada hər il yüzlərlə belə kiber cinayət hadisəsi baş verir. Siz də bu tələyə düşmüsünüzsə, hüquq-mühafizə orqanlarına müraciət edin. Amma yaxşı olar ki, belə mesajlara cavab vermədən, onları spam kimi qeyd edəsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir