sekil

Fotogenik olmağın SİRLƏRİ

Baxış sayı: 1. 962

Artıq heç çəkinmədən fotolarınızı sosial şəbəkələrdə paylaşa biləcəksiniz. “O necə olacaq?” – deyə düşünürsüz. Dərd etməyin, “Gencaile.az” bu işdə sizə yardım edəcək. Çünki bütün fotoların ulduzu olmanıza kömək edəcək ip uclarını bölüşəcəyik.

 

Özünü tanı

Gülmək hər kəsə yaraşır! Fotolarda səni sən edən mimikalara yer ver.

Bütün fotolarda, kamera qarşısında yaxşı görünmənin yolu özünə güvənməkdən keçir. Gözəl  düşəcəyinizi düşünün. Güzgü qarşısında bir neçə mimikaları sınayın, hansının yaxşı olduğunu bilin.

 

Özünüzü olduğu kimi qəbul edin

Qırışlarınız və iri qulaqlarınızla qürur duyun. Yoxsa məmnuniyyətsizlik fotolarda da əks olunar.

 

Pozalar kəşf edin

Özünüzü ən çox nə cür bəyənirsinizsə, sağ və ya sol fərq etməz, o istiqamətdə poz verin. Sızanaqlar üçün kameranı bir az uzaq tutun. İşıq effektləri ilə də sızanaqlarınız görünməyəcək.

Təbii işıqlar sizi hər zaman təbii göstərəcək.

 

Açar söz:

Rahatlıq! Çünki rahat hiss etdiyiniz zaman özün olursan və saxtakarlıqdan çıxarsan.

Günəş batan saatlarda həmişə bir möcüzə yaxlaya bilərsiniz. Məsum, təbii və qüsursuz bir görünüş qazanacaqsınız.

Daha ciddi və dəlisov bir görünüş əldə etmək üçün obyektivə yuxarıdan baxın. Bu pozalar sizi fərqli edəcək.

Gözlərinizi qıymayın. Açın və ən mənalı baxışlarla baxın. Gözlərinin içi gülən insanlar fotolarda həmişə möhtəşəm düşür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir