istirahet

Gənclərin ən çox səyahət etdiyi tətil cənnətləri

Baxış sayı: 1. 250

Dünyada yay tətilini yaddaqalan keçirmək və lüks istirahət etmək üçün dillər əzbəri olmuş bir çox məkanlar var. Bu məkanların cəzbedici və lüks səslənməsinə baxmayaraq, səyahət etməyi sevən gənclər daha çox mənzərəsi və rahatlığı ilə seçilən yerlərə getməyi üstün tutur. “Matador Network” son dövrlərdə sakitliyi, rahatlığı və cəzbediciliyi ilə gənclərin diqqətini çəkən məkanların siyahını hazırlayıb. “Gencaile.az” saytı sözügedən siyahını oxucularına təqdim edir.

 

Alqarve – Portuqaliya

Alqarve Portuqaliyanın son dövrdə sürətlə trend olan məkanlarından birinə çevrilib. Lissabon və Portu kimi böyük şəhərlərin əksinə Alqarve təbii gözəlliyi ilə diqqət çəkir. Əsrarəngiz qumsalları olan məkanda 1 həftəlik tətilin qiyməti 3300 avrodur.

İbiza – İspaniya

Avropada, xüsusilə, gənc və varlı turistlərin favorit istirahət mərkəzlərindən biridir. Əməvi memarlığını bu günə qədər qoruyub saxlayan lüks hotellərdəki SPA mərkəzləri ən çox üstünlük verilən istirahətlərdəndir.

Losinc – Xorvatiya

Adriatik dənizinin sahilində yerləşən Losinc tarixi görünüşü ilə yanaşı, sağlam istirahət üçün əvəzedilməz yerdir.

Karib adaları

Dünyada, demək olar ki, hər kəsin getmək istədiyi tətil cənnətidir. Möhtəşəm çimərlikləri ilə yanaşı, hotellərindəki SPA mərkəzləri də vazkeçilməzdir.

Aqadir – Mərakeş

Mərakeşin turistik cənnəti olan Aqadir Atlantik okeanının sahilində yerləşən diqqətçəkən bir məkandır. Ada 340 gün Günəş görür.

Marbella – İspaniya

Dünyanın ən varlı insanlarının bağ evi alması ilə gündəmə gələn Marbella İspaniyanın cənubunda tarixi və təbii gözəllikləri ilə ön plana çıxan yerlərdən biridir. Xüsusilə, çimərliklərindəki qumsallıq insanın bədənini yenidən dünyaya gətirirmiş kimi hiss etdirir.

Bodrum – Türkiyə

Bodrum Türkiyənin ən çox turist qəbul edən bölgələrindən biridir. Dünyanın yeddi möcüzəsindən birinə ev sahibliyi edən Bodrum Sualtı Muzeyi və tarixi qalası ilə diqqət çəkir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir