aile

Gənclərin ailə problemlərin səbəbi nədir?

Baxış sayı: 205

Gənc ailələrdə yaranan problemlərin səbəbi nədir? Yəqin ki, bu sual heç də az adamı düşündürmür. Əgər siz də bu sualın cavabını axtaranlardansınza, bu yazını sona qədər oxumağı tövsiyə edirik. Beləliklə, İctimai Nəzarət Koalisiyasının Sumqayıt şöbəsinin rəhbəri, Dünya Azerbaycanlılarınn mədəniyyət mərkəzinin Psixolji kabinetinin rəhbəri Sevinc Baxışovanın bu mövzudakı yazısını təqdim edirik.

Həyat sürətlə axır. Ətrafımızda çox şeylər dəyişir. Elə bizim özümüzdə də. Əvvəlki insan deyilik, zahiri görkəmdən tutmuş, daxili aləmimizə qədər çox şeylər dəyişdi. Dəyişməyən tək şeysə həyatda xoşbəxt olmaq istəyindir. Xoşbəxtlik ailədən başlayır. İndinin özündədə br çox şeyləri əldə edə bilmədiyini ya ata evinlə,yada ki, hazırki ailənlə bağlayırsan.

Bəs bu nəyi göstərir? Şübhəsiz ki,ailənin yaşamağımıza nə dərəcədə böyük təsir gücünə malik olduğunu. Nəzərə almaq lazımdır ki,müasir dövrdə ailələr əvvəlki ailə modellərindən bir çox parametrlərinə görə fərqlənir. Gələcəkdə qurulan ailənin nə dərəcədə dayanıqlı olması fərdin aldığı dəyərlər sistemi psixoloji travmaya səbəb olan faktorlar natamam ailədə böyümə (ata və yaxud ananın müəyyən səbəblər üzündən olmaması,ayrılması,vəfat etmək) və s.ola bilər. İnsan birinci növbədə ailə qurmaq tələbinin,daha doğrusu, qurduğu münasibətin hansı səbəbdən ciddiləşdirmək istəyinə aydınlıq gətirməlidir. Ailənin qurulmağı hansısa travmatik olayı aradan qaldırmağa xidmət etməməlidir. Ailə qurmadan öncə fərdin keçdiyi həyat yolu da qurduğu ailəyə böyük təsirini göstərir.

Ailə psixoloqu belə hallarda yaşana biləcək problemlərdən siğortalanmaq üçün əvəzsiz bir köməkdir. Ailə qurarkən diqqət ediləcək məqamlardan biridə tərəflərin hansı ailə modelində böyümələri,böyüdüyü ailənin peşəyönümü və s hallardır. Ümumiyyətlə,ailə qurarkən diqqət etməli olduğumuz məqamlar çoxdur. Çox zaman biz münasibətlərin pozulmasına səbəb kimi qarşı tərəfin anasıın necə adlandırılmasınıbelə görə bilərik. Hansı ki,ilkin mərhələdə diqqətə alınıb, həll edilsəydi ailədə heç bir problem olmazdı. Bütün bunlar ailə psixologiyasının predmetini təşkil edir. Məqsəd yeni qurulan ailələrə,eləcədə ailə məsələlərində çətinlik yaşayan cütlüklərə psixoloji baxımdan dəstək olmaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir