komputer

Gecəni kompüter arxasında keçirməyin zərərləri

Baxış sayı: 180

Gecə saatlarında uzun müddət kompüter və mobil qurğulardan, o cümlədən smartfon və tabletlərdən istifadə ciddi yuxu pozuntusuna səbəb olur və orqanizmin gündəlik ritmlərini pozur

Oxu.Az xəbər verir ki, Harvard universitetindən olan tədqiqatçıların bu haqda elmi işinin nəticələri “Physiological Reports” jurnalında dərc olunub.

Tədqiqatda 22-28 yaşlar arasında qadın və kişilər iştirak edib.

Eksperimentdə iştirak edən könüllülər ardıcıl olaraq beş axşamı kompüter arxasında keçirib, digər beş axşamı isə qəzet, kitab və ya digər çap materialları oxuyub.

Nəticələrə əsasən, işıqsaçan qadjetlər (kompüter, smartfon, tablet və s.) yuxuya getmə tezliyinə mənfi təsir göstərib.

Könüllülər elektron cihazlar arxasında keçirdikləri axşamlarda yarım saat daha gec yuxuya getdiklərini bildirib.

Həmçinin onlar natamam yuxudan və səhərlər özlərini kifayət qədər gümrah hiss etməmələrindən şikayət edib.

Tədqiqatçılar onu da müəyyən edib ki, qadjetlərdən həddindən artıq istifadə yuxuya cavab verən melatonin hormonunun ifrazını zəiflədir. Qeyd edək ki, bu hormon epifizin ən əsas hormonudur. Gecə və gündüzün sirkat ritmini təyin edir.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir