yemeye ne var

Günəbaxan salatı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 570

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə günəbaxan salatının hazırlanma qaydasını təqdim edəcəyik.

 

İnqrediyentlər:

 – 300 qr toyuq filesi- 150 qr duzlu şampinyon göbələyi

– 50 qr holland pendiri

– 3 yumurta

– 1 banka zeytun

– mayonez

– duz

– oval formasında çipsi

gunebaxan salati

Hazırlanması:

Toyuq filesi və yumurta bişirilir və soyudulur. Toyuq filesini və göbələkləri kiçik tikələrə doğrayın. Pendiri sürtgəcdən keçirin. Yumurta ağını və sarısını sürtgəcdən keçirin. Yumru buluda file qoyun, üzərinə bir az mayonez tökün. Üzərinə göbələk qoyun, mayonez tökün. Yumurta ağını səpin, mayonez tökün. Pendir səpin, mayonez tökün. Üzərinə yumurta sarısını səpin. Zeytunları uzununa 2 hissəyə bölün və salatın üzərinə düzün. Hazır salatı 4-5 saat soyuducuda saxlayın. Salatı masaya verdikdən əvvəl ətrafına çipsi düzün.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir