gunes

Günəş şüalarının zərərli təsirindən necə qorunaq?

Baxış sayı: 204

Günəş şüaları bir sıra xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirə malikdir. Günəşin fotosintez və vitamin yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan əhval-ruhiyyəsinə müsbət təsir göstərmək kimi faydalı xüsusiyyətləri var. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də Günəş şüaları məsləhət görülür. Günəş işığı həm də xoşbəxtlik hormonu ifrazını artırır.

Bütün bunlara baxmayaraq, Günəş şüalarının həddindən artıq qəbulu xəstəliyə və xroniki proseslərin kəskinləşməsinə səbəb ola bilər. Günəş şüalarının ən təhlükəlisi ultrabənövşəyi şüalardır, çünki həmin şüaların təsiri bədəndə müxtəlif ləkə, səpgi, dermatoz və bir sıra digər dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər.

Həkimlər Günəş şüaları altında qaralma zamanı yol verilən səhvlər və qaydalara riayət olunmamasının bədəndə bir sıra fəsadlara, o cümlədən bədxassəli şişlərin yaranmasına da səbəb ola biləcəyini bildirirlər. Ona görə də günəş vannası müəyyən normalar daxilində qəbul edilməldir.

Günəş şüalarının zərərli təsirindən qorunmaq üçün geniş kənarları olan şlyapa qoymaq, eynək taxmaq, açıq rəngli yüngül geyimlərdən istifadə etmək lazımdır. Buludlu havalarda Günəş radiasiyası yarıbayarı azalır, buna baxmayaraq həmin hava şəraitində də qorunmaq və kölgədə qalmağa çalışmaq lazımdır. Ona görə də günorta saatlarında açıq havada olmaq məsləhət deyil. Bol maye qəbul etmək də vacib şərtlərdən biri sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir