sevgi

Həqiqi sevgini tapmaq üçün 5 əsas prinsip

Baxış sayı: 1. 671

Bəzi insanlar tez-tez “Həqiqi sevgi neçə yaşda olur?” sualı üzərində düşünürlər. Bu sualın isə dəqiq cavabı yoxdur, çünki məhəbbətin son istifadə tarixi və ya tərifi yoxdur. 50, 60 və hətta 70 yaşlarında sevgi tapıb, xoşbəxt olan insanlar var. Bəs, bu insanların xoşbəxtliyinin sirri nədir? Qarşılıqlı inam və bəzi prinsipləri mənimsəmək bunun cavabı ola bilər.
Qadınlar.biz sizə həqiqi sevginizi tapmaqda kömək edəcək bir neçə prinisipi sadalayacaq. Diqqətli olun.

1. Yaş sadəcə rəqəmdir
20 yaşında olsa da, heç bir həyəcanı olmayan, günlərini kompüter qarşısında vaxt öldürərək keçirən birini görmüsünüz? Ya da 60 yaşında olub ki, 20 yaşlarında olduğu kimi enerjiyə malik olan bir adamla qarşılaşmısınız? Əgər bu suallara cabanınız təsdiqləyicidirsə, yaşın əslində tamamilə şərti bir şey olduğunu da dərhal başa düşəcəksiniz.

2. Hər yerdə fürsət var
Sevginizi tapmaq üçün mütləq getməli olduğunuz hər hansı bir yer və ya bunun kimi bir məcburiyyət yoxdur. Sadəcə, fürsətlərə açıq olun və bu imkanların hər an, hər yerdə qarşınıza çıxa biləcəyini unutmayın.

3. Təcrübələriniz məhəbbəti zənginləşdirir
Daha gənc yaşlarınızda olan sevgi macəralarınız nə qədər məsum və şirindirsə, daha yetkin yaşlarda yaşanan eşqlər da bir o qədər doydurucu və dinclik verici ola bilir.

4. Çətinlik hər kəsin həyatında baş verir
Həyat yoldaşını beyin xərçəngindən itirmiş və son anına qədər onun yanında olmuş qadın haqqında düşünün. O, ərinin ölümündən sonra özünü xarici dünyadan uzaqlaşdırmaq əvəzinə, birlikdə olarkən öyrəndiklərini başqaları ilə bölüşməyi üstün tutur. Həyat yoldaşının ölümünün üzərindən 29 il keçən bu qadın, indilərdə yeni biriylə görüşməyə başlayıb. Unutmayın ki, nə olursa olsun, həyata daha pozitiv baxmaq, dözümlü olmaq hər zaman insan üçün müsbət dönüşlər yaradır.

5. Flirt üçün heç vaxt gec deyil
Bəzi insanlar öz ruh əkizlərini tez tapacaq qədər şanslı ola bilərlər. Ancaq bir çox insanın bu səfəri müxtəlif uğursuz cəhdlərlə keçirir. Uğursuzluqlar ola bilər, əhəmiyyətli olan bu uğursuzluqların sizi ruhdan düşürməsinə, mənfi düşüncəyə sövq etməməsinə çalışmaqdır. Uğurlu sevgi münasibəti üçün realist olmalısınız və özünüzə verdiyiniz dəyəri heç vaxt unutmamalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir