hamilelik bandaj

Hamiləlikdə istifadə olunan yuyucu vasitələr oğlan uşaqları üçün təhlükəlidir

Baxış sayı: 1. 758

Aparılan bir araşdırmaya görə, hamiləlik zamanı yuyucu vasitələr, həlledicilər və aqrokimyəvi maddələrin təsirinə məruz qalmaq doğulacaq oğlan uşaqlarının cinsi orqanına təsir edir.

Habertürk saytının məlumatına görə, Fransada aparılan bir araşdırma hamiləlik zamanı yuyucu vasitələr, həlledicilər və aqrokimyəvi maddələrin təsirinə məruz qalan qadınların dünyaya gətirəcəyi oğlan uşağının cinsi orqanında deformasiyaların ola biləcəyi riskini ortaya çıxarıb.

Montpeiller Universitesi Tibb Fakültəsi mütəxəssislərinin apardığı araşdırmaya əsasən, təmizlik işi və saç ustası kimi sənətlərlə məşğul olan qadınların dünyaya gətirdikləri oğlan uşaqlarının “hiposhadias” adlı bir problemlə qarşılaşa biləcəyi ehtimalı 50 faiz nisbətində məlum edilib. Doğulan hər min oğlan uşağından üçündə rast gəlinən “hiposhadias” xəstəliyi cinsi orqanın deformasiyaya uğramasıdır. Bu zaman sidik kanalının çıxışı cinsi orqanın başqa bir yerində əmələ gəlir. Ancaq bu problemin əməliyyatla aradan qaldırılması mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir