miqrant

Hansı ölkə miqranta nə verir?

Baxış sayı: 424

Son dövrlər dünya ölkələri arasında miqrasiya axımı sürətlənib. Elə ölkələr də var ki, miqrantlara pul, torpaq verir və müəyyən şərait yaradır.

 

ABŞ, Miçiqan ştatı, Detroyt şəhəri

ABŞ-ın “avtomobil paytaxtı” sayılan şəhər bu gün böhran və iflas səbəbindən boşalıb. Keçmiş şöhrətini qaytarmaq üçün yeni proqram tərtib edilib. Bu isə 30 istiqamətdə gənc mütəxəssislərə 2.500 dollar təklif edir. Proqram bir illikdir.

 

ABŞ, Niaqara şəlaləsi

ABŞ-ın bu ştatı gənc mütəxəssislərə 7 min dollar maliyyə yardımı təklif edir. Ali məktəblərdən məzun olan gənc mütəxəssislər bu proqramda iştirak edə bilərlər. Proqram iki illikdir.

 

ABŞ, Nebraska ştatı, Kertis şəhəri

ABŞ-ın Kertis şəhəri pulsuz torpaq parçası vəd edir. Əvəzində isə mədəniyyət və ya şəhər infrastrukturunun təkmilləşdirilməsinə aid real ideyalar istəyir.

 

ABŞ, Konnektikut ştatı, Nyu-Heyven şəhəri

Nyu-Heyven şəhərə marağı artırmaq üçün dövlət proqramı təklif edir. Əgər siz ilk dəfə bu şəhərdə ev alırsınızsa, 10 min dollar məbləğində faizsiz ssuda götürə bilərsiniz. Əgər evdə 5 il yaşasanız, evə aid bütün kreditlərdən azad ola bilərsiniz. Bundan başqa evi yeni enerji təminatı texnologiyası ilə təchiz etmək üçün 30 min dollar ala bilərsiniz. 10 il yaşadıqdan sonra borcu qaytarmaya bilərsiniz.

 

ABŞ, Merilen ştatı, Baltimor şəhəri

ABŞ-ın ən təhlükəli 7-ci şəhəridir. Amma şəhər rəhbərliyi vəziyyəti dəyişmək üçün ev almaq üçün gələn hər şəxsə 5 min dollar ödəyir. Əgər məbləğ sizi qane etməsə, tərk edilmiş ev alaraq məbləği ikiyə vura bilərsiniz.

 

Kanzas ştatı

Kanzas ştatı istənilən şəhərə köçən şəxsə pul ödəməyə hazırdır. Məsələn, 3.500 əhalisi olan Linkoln şəhərinə köçsəniz, ev tikmək üçün pulsuz torpaq parçası verəcəklər. 600 sakini olan Markett şəhəri də pulsuz torpaq verir. Bundan başqa siz 5 il müddətinə vergidən azad olacaq və təhsil üçün aldığınız 15 min dollarlıq kreditiniz ləğv ediləcək.

 

ABŞ, Alyaska

Səs-küylü meqapolislərdən uzaq yaşamaq istəyənlər üçün Alyaska öz qucağını açır. Hökumət fondu əhali sayı sürətlə aşağı düşən regionlarda işləmək istəyən mütəxəssislərə yaxşı pul ödəyir. Layihənin şərti odur ki, Alyaskada minimum 1 il yaşamaq lazımdır.

 

Kanada, Saskaçevan əyaləti

Kanada da əhalinin artımında maraqlıdır. Əyalətlərdən biri ali məktəbi yeni bitirən mütəxəssislərə 7 il yaşamaq qarşılığında 20 min Kanada dolları təklif edir.

 

İspaniya, Asturiya vilayəti, Ponqa şəhəri

İspaniyanın şimali-şərqindəki kiçik qəsəbə gəncləri cəlb etmək və iqtisadiyyatı möhkəmləndirmək üçün burada yaşamaq istəyən hər cütlüyə 3 min avro təklif edir. Bundan başqa anadan olan hər körpəyə görə də 3 min avro ödəyir.

 

Kanada, Manitoba vilayəti, Paypstoun

Kanadanın Paypstoun şəhəri pulsuz torpaq paylamır. Amma bir il ərzində ev tikənlərə böyük güzəştlər edir. Bundan başqa əgər şəhərdə biznes qurmaq fikriniz varsa, 32 min kanada dolları qrant təklif edilir.

 

Tasmaniya, Matsayker adası

Adada iş və ev təklif edilir. Mayaka xidmət edən, meteoroloji proqnoz tərtib edən, torpağa və tikintiyə nəzarət edən ailələrə üstünlük verilir.

 

Yaponiya, Misima

Yaponiyanın Misima qəsəbəsi (Misima şəhəri ilə dəyişik salmayın) 3 adada yerləşən və 400 yaşlı sakini olan kənddir. Bu kəndə köçən hər bir şəxsə 3 il ərzində 840 dollar pul ödənilir. Bundan başqa pulsuz inək verilir.

 

Sakit okeanın cənubu, Pitkern adası

Adanın cəmi 50 nəfər sakini var. Bura köçən hər bir şəxsə pulsuz torpaq verilir. Adada cəmi 1 dükan var və həftədə cəmi 3 gün açıq olur.

 

İtaliya, Bormida kəndi

Bormida İtaliyanın şimali-qərbində, Savona vilayətində yerləşir. Qəsəbə dənizə yaxın olsa da, hündür dağlarda yerləşir. Mer bura köçən hər şəxsə 2 min avro ödəməyə hazırdır. Bununla yanaşı, mətbəxi, qonaq otağı, vanna otağı, qarajı, zirzəmisi, 4 yataq otağı olan evin aylıq kirəsi cəmi 50 avrodur. Ən dəbdəbəli evlər isə 120 avrodur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir