Haqqımızda

LAYİHƏ BARƏDƏ BİR NEÇƏ SÖZ

Əziz dostlar,  “gencaile.az” saytı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc ailə” layihəsi çərçivəsində hazırlanıb.

“Gənc ailə” layihəsi iki istiqaməti əhatə edir: “Gencaile.az” portalının yaradılması və ”Gənc ailə” məlumat kitabçasının çapı.

Hesab etdik ki, gənc ailələrə müxtəlif sahələrlə bağlı (kişi-qadın münasibətləri, hüquq, uşaqların böyüdülməsi və tərbiyəsi, təhsil, sağlamlıq, psixoloji, büdcə planlaşdırması, gözəllik, dəb və s. ) maarifləndirici məlumatlar verən saytın yığımı bu sahədə olan boşluqları doldurmaq baxımından əhəmiyyətlidir. Digər bir tərəfdən, dövlət başçısı tərəfindən 2013-cü ilin “İKT (İnformasiya kommunikasiya texnologiyaları) ili” elan edilməsi də layihənin aktuallığını qabardırdı.

Gənc ailələrə müxtəlif sahələrlə bağlı (hüquq, uşaqların böyüdülməsi və tərbiyəsi, təhsil, sağlamlıq, psixoloji, büdcə planlaşdırması, gözəllik, dəb və s. ) maarifləndirici məlumatlar verən saytın yığımı bu sahədə dövlət siyasətinə dəstək verə bilər.

gencaile“Gənc ailə” məlumat kitabçasının çapı isə internetə çıxış imkanları olmayan gənc ailələrin maarifləndirilməsi, lazımi informasiyalarla təmin olunmasına imkan yaradacaq. 500 tirajla çap olunan bu kitabçanın hədəf qrupuna gənclər və gənc ailələr daxildir. Məqsəd gənclərə və gənc ailələrə onların ailə həyatları ilə bağlı vacib informasiyaların çatdırılması, maarifləndirmə işinin təşkili, gəncləri gələcək ailə həyatında qarşılaşacaqları suallar və risklərlə bağlı lazımı məlumatlarla təmin etməkdir.

Görünür, bu məqamları qiymətləndirən gənclərin ideyalarının dostu Azərbaycan Gənclər Fondu layihənin dəstəklənməsi barədə qərar qəbul edib.

Beləliklə, ümid edirik ki, “gencaile.az” saytı tez-tez baş çəkdiyiniz internet ünvanı olacaq və biz sizə hər ziyarətinizdə istədiyiniz məlumatları verə biləcəyik…

Səbinə Məmmədova
Layihə rəhbəri

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir