terleme

Həddindən artıq tərləmənin qarşısını necə almaq olar?

Baxış sayı: 2. 487

Tər əslində iysizdir. Ancaq bədənin səthində olan bir sıra bakteriyalarla təmasa keçən kimi onlardan asılı olaraq xoşsgəlməz iy verməyə başlayır.

Tərləmənin özünün müəyyən bir səviyyəsi olur və bu səviyyə də insandan-insana dəyişir. Çünki tərləmə insanda olan tər vəzilərindən asılıdır ki, bu vəzilər də hər kəsdə eyni miqdarda olmaya bilir. Bəzi insanlarda daha çox tər vəzisi olduğu üçün onlar gün ərzində çox tərləyir, bəzilərində isə az olduğuna görə onlar çox az tərləyirlər.

Qadınlarda tər vəziləri kişilərlə müqayisədə daha çox olur.  Amma buna baxmayaraq, kişilərdəki tər vəziləri qadınlardakı vəzilərdən daha fəal haldadır.

Tər vəziləri ekkrin və apokrin olaraq iki qrupa ayrılırlar. Xoşagəlməz qoxunu yaradan əsasən apokrin vəzilərinin yaratdığı tərdən asılıdır. O, daha çox yağlı tər yaradır və bu təri də tükün dibində ifraz edir.  Digər vəz – ekkrin isə birbaşa dəri səthinin hər tərəfində olur.

Çox tərləmək bir çox hallarda xəstəlik sayılır. Amma elə hallar var ki, məsələn, bir insan anadangəlmə çox tərləyə bilər və bu xəstəlik hesab edilmir.  Amma yenə də çox tərləməsi olan adamlar ehtiyatlı davranmalı və mütləq həkim müayinəsindən keçməlidirlər.

Çox tərləmənin bir sıra səbəbləri var.  Gəlin onlara qısa bir nəzər salaq:

– Spirtli içkinin qəbulu

– Narkotik maddələrin qəbulu

– Qızdırma və bədənin infeksiyalara yoluxması

– Bəzi ədviyyatlardan çox istifadə etmək

– Uşaqlarda D və C vitamininin azlığı

– Şəkərli diabet

– Stress

– Qan şəkərinin aşağı olması

– Yüksək fiziki aktivlik

– Klimaks dövrü

– Kofein

– Ürək xəstəliyi

– Köklük

– Havanın yüksək hərarəti və s.

 Tərləmə zamanı aşağıdakı hallar da yaransa, bu zaman mütləq həkimə müraciət etmək lazımdır:

– Sinədə ağrı

– Hərarət

– Nəbzin sürətli atışı

– Nəfəs darlığı

– Çəkinin azalması

 Bu problemlər hansısa infeksiyanın olmasına işarədir. Bu hallarda da mütləq həkimə müaciət etməlisiniz:

– Çox tərləyirsinizsə, uzun müddət tərləməniz dayanmırsa və ya səbəbsiz yerə tərləyirsinizsə;

– Tərləmə zamanı və tərləmədən sonra sinənizdə ağrı və ya sanki kiminsə sinənizi basdığını hiss edirsinizsə;

– Əgər tərləmə zamanı çəki itirdiyinizi görsəniz və ya daha çox yatarkən tərləyirsinizsə.

 Tərləmənin insan bədəninə xeyri olsa da hər şeyin çoxu zərərdir. Əgər sizdə də tərləmənin dərəcəsi artıbsa, o zaman mütləq həkimə müraciət edin və müayinə olunun. Unutmayın ki, bunu asanlıqla müalicə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir