ehali

Hər 1000 kişiyə 1011 qadın

Baxış sayı: 18. 928

Bildirilib ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini isə kənd sakinləri təşkil edir, 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür.

Cari ilin ilk 5 ayı ərzində ölkədə 67,3 min, yaxud hər gün orta hesabla 445 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Bütün ömür boyu uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.

İlin əvvəlindən ölkədə 24,4 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb.

Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 30,9 min nikah və 5 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafiq olaraq 7,9 və 1,3) qalıb.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 675 nəfər gələn və 319 nəfər ölkədən gedən qeydə alınıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir