ariqlamaq

İmmuniteti zəiflətmədən sizi arıqladacaq qidalar

Baxış sayı: 454

Soyuq havalarda saxlanılan pəhrizlərdə zəif qidalanma immunitetin aşağı düşməsinə və nəticədə xəstələnməyinizə, müxtəlif viruslara yoluxmağınıza səbəb ola bilər.

Beləliklə, payızda sağlam çəki atmağınıza imkan verən qidaları təqdim edirik:

 

Armud

Armudun qabığındakı fenolik fitonutrientlər immuniteti gücləndirir.

 

Balqabaq 

Yüksək qida dəyərinə malik olan balqabaq həm arıqlamağınıza, həm də mədə-bağırsaq sisteminizin sürətli işləməsinə imkan verəcəkdir.

 

Kələm

Kələm qandakı şəkəri azaldır. Pəhriz saxlayarkən istər bişirib, istərsə də çiy istehlak etməklə sağlamlığınızı da qoruya bilərsiniz.

 

Göbələk

Göbələk də qan şəkərini normada saxlayır, immuniteti gücləndirir və çəkiyə nəzarəti asanlaşdırır.

 

Alma

Alma qan şəkərinin artmasının qarşısını alır və bir çox xəstəliklərin yaranma riskini azaldır.

 

Nar

Nar C vitamini mənbəyi olmaqla yanaşı, həll olunan və həll olunmayan qida lifləri ilə zəngindir.

 

Yerkökü 

Yara sağaltma özəlliyinə malik olan yerkökü şirəsini içərək ağız boşluğundakı iltihabı aradan qaldıra bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir