Nermine Abbasova

İnsanın iştahına hansı hormon cavabdehdir?

Baxış sayı: 529

Əksər adamlar dadlı yemək yeməyi sevir. Ancaq bəzi adamlar da var ki, onlarda davamlı yenək istəyi olur. Sanki bir doyumsuzluq müşahidə olunur. Bəs görəsən, bu, bədəndə hansı problemlərdən xəbər verə bilər və daimi aclıq hissindən necə qurtulmaq olar?

Maraqlıdır, yemək davranışını sakit şəkildə dəyişmək, həmçinin artıq çəkidən qurtulmağın mümkündürmü?

Əksər hallarda bu hiss daimi stress və adrenal hormonun – kortizolun miqdarının artması ilə əlaqələndirilir.

Kortizolun əsas vəzifəsi bədəni dəyişən ətraf mühit şəraitinə uyğunlaşdırmaqdır. Streslə mübarizə aparmaq üçün enerji ehtiyatlarını səfərbər edir. Kortizol zülalların, karbohidratların və lipidlərin mübadiləsində iştirak edir. Bir sıra tənzimləyici funksiyaları yerinə yetirir – məsələn, qaraciyər amin turşularından qlükoza istehsalını, enerji üçün yağların parçalanmasını stimullaşdırır və bədəndə iltihablı proseslərə cavab verir.

Normal vəziyyətlərdə kortizol səviyyəsi dəyişməz olaraq qalır. Ancaq müxtəlif stresli vəziyyətlərə cavab olaraq kortizol ifrazı artır. Bu hətta görünüşə də təsir edə bilər.

istaha

Yüksək kortizol əlamətləri:

  • immunitetin azalması
  • dərinin vəziyyətinin pisləşməsi
  • mədə-bağırsaq traktının xəstəlikləri
  • yaddaşın pozulması
  • sürətli çəki artımı

Kortizol

Kortizol səviyyəsini necə azaltmaq olar?

1) Simptomla deyil, problemin səbəbi ilə mübarizə aparmaq lazımdır.

2) Yuxu rejimini normallaşdırın. Hormonun düzgün istehsalı üçün ən azı yeddi saat ardıcıl olaraq tam qaranlıq və sakitlikdə yatmaq lazımdır.

3) Daha tez-tez gülün və gülümsəyin.

4) Gündəlik rasionunuza B və D qrup vitaminləri olan qidalar əlavə edin. Bunlar günəbaxan, küncüt, sarımsaq, skumbriya, toyuq yumurtasının sarısıdır.

KOKELMEK

Polifenollarla zəngin qidalar da kortizol səviyyəsini aşağı salmağa kömək edir: kakao, tünd şokolad, yaşıl çay, badam, brokoli.

Prinsipcə,  daha çox gülmək, hərəkət etmək və həyatdan həzz almağı məsləhət görülür.

 

Nərminə Abbasova

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir