usaq

İsti günlərdə uşaqları necə geyindirməliyik?

Baxış sayı: 222

“Uşaqları günəş şüalarına çıxararkən gün papaqları geydirmək lazımdır. Və papaq seçimlərinə də diqqət edilməlidir”. Bu sözləri pediatr Günay Rəsulova deyir. Onun bildirdiyinə görə, yayda geyim seçərkən birinci parçanın tərkibinə fikir vermək vacibdir:

“Pambıq geyimlərə üstünlük verilsə daha yaxşı olar. Bu parçalar həm uşağın dəri tənəffüsünü pozmur həm də allergik təsir yaratmır. Yayda çox isti geyim seçmək də düzgün deyil. Qalın geyimlər uşağın tez tərləməsinə və dəridə səpgilərin əmələ gəlməsinə gətirib çıxarır. Mümkün qədər pambıq və kətan parçalara önəm verilməlidir. Sintetik geyimlər uşaq orqanizminə hər tərəfli ziyandır. Bundan başqa uşaqları günəş şüalarına çıxararkən gün papaqları geydirmək lazımdır. Və papaq seçimlərinə də diqqət edilməlidir. Məsləhətdir ki, kepka tipli papaqlara müraciət edilsin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir