Başlayaq Pnompen şəhərində yerləşən Kral Sarayından.
Daha doğrusu, Kral Sarayının özünə buraxmırlar, çünki Kral orada propiskadadır, amma ətrafdaki saraylara baxıb zövq almaq olar.
Siz də alın…
Yeni ölkəyə gedəndə, əlbəttə imkan daxilində, çalışıram iki yerə gedim, adi turistik məkanlardan başqa.
Biri kənddir, biri bazar. Xalqın həyatını, onun güzaranını, ölkənin durumunu bilmək istəyirsənsə, bazara gedəsən gərək.
Kənd də həmçinin. Bu Kambodja paytaxtının mərkəzi bazarıdır.
Və nəhayət, səfərin tacı – dünya şöhrətli Anqkor Vat kompelksi. Təsəvvür edin ki, hər il yalnız Siyemrip şəhərinə 4 mln. turist gəlir, ay kişi, 4 mln.! Bütün Kambodjaya yox a, təkçə bura!
Marağlanan olsa, internetdə kifayət qədər məlumat var, mən isə qısaca.
Siyemripdən bu möhtəşəm abidəyə 15-20 dəqiqəlik yoldur.
Amma gərək gedib böyük bir binadan bilet alasan, özüdə biletin üstünə elə oradaca çəkdikləri şəkili yapışdırırlar ki, başqa adam gedə bilməsin. Üç günlük bilet 40 dollar, bir günlük 20 dollar.
Bütün ərazini gəzmək, burada yerləşən bütün abidələrə baxmaq üçün heç 3 gün də bəs etməz, amma mən yalnız əsas dini ocağla tanış olmağla kifayətləndim.
12 əsrin abidəsi olan Angkor Vat induizmin dini oçağı olub, sonra buddizm da əlavə olunub, aləm qarışıb, çünki əvvəllər kxmerlər indu dininə aid olublar, sonra buddiləşiblər. Və soruşanda deyirlər ki, bu hər iki dinin ocağıdır.
37 il tikintisi davam edən bu abidənin üzərində 200.000 insan işləyib, baxın necə əzəmətli imperiya olub burada!
Angor Vat həmin o imperiyanın qədim paytaxtının ərazisində yerləşir, indi ora meşəlikdir, yaşayış evləri qalmayıb, yalnız belə abidələr. Süni salınan göllər, yaşıllıq, uşağlar isə golməçələrdən ustritsa filan yığıb, kafelərə satırlar.
Mən deyirdim, daha məni heç nə heyrətə gətirə bilməz, amma qədim zamanların bu möhtəşəmliyi məni sarsltdı. Tam fərqli dünya, tam fərqli mədəniyət, və nəhəng imperiyanın qalığları.
Gənclər, o qədər gənclər var! 13-14 saat uçub gəlirlər bura.
Ətrafda kasıbçılıq, çətin həyat, hərdən natəmizlik, görkəmsiz yerlər, lakin buraya millionlar axışır.