menzil dizayni

Kirayə mənzillərdə aylıq ödəniş nə qədər olacaq? – EKSPERTDƏN AÇIQLAMA

Baxış sayı: 262

Bu il yanvarın 26-da Azərbaycan Prezidenti İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Artıq fərmanın icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara da dəyişiklik edilib.

Mövzu ilə əlaqədar suallarımızı daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli cavablandırdı. O bildirir ki, sözügedən fərman bir çox insanlara dəstək olacaq:

“Elə insanlar var ki, uzun müddətdir kirayədə yaşayırlar. Onlar arasında övladları böyük olan, hətta evlənən şəxslər də var. Bu fərman kirayəşinlərin ev sahibi olması ilə nəticələnək. Yəni, onlar əvvəlki qayda da kirayə pulu verəcəklər, ancaq sonunda mənzil onların öz mülkləri olacaq”.

Sözügedən evlərin aylıq ödənişləri ilə bağlı da danışan ekspert qeyd edib ki, İpoteka və Kredit Zəmanət Fondu hazırda mənzillərin axtarışı ilə məşğuldur:

“Beləliklə, tikinti şirkətləri ilə müqavilə bağlanılır ki, mənzillər kirayə ilə əhaliyə satılsın. Bunun üçün də fond konkret rəqəmləri indidən açıqlaya bilməz. Ancaq düşünürəm ki, evlər hər kateqoriya insanlar üçün uyğun olacaq. Burada yalnız aztəminatlı və ya yüksəktəminatlı şəxslərə bu cür evlərin verilməsi mümkün ola bilməz.

Fikrimcə, kirayə mənzillər aztəminatlı ailələr üçün kvadratı 800-1000 AZN-dən, ortatəminatlı ailələr üçün təxminən 1500 AZN civarında, yuxarıtəminatlı ailələr üçün 1 kvadratı 1 800-2 000 AZN olmaqla təklif ediləcək. Təbii ki, əsas qiymətlər bütün işlər yekunlaşdıqdan sonra açıqlanacaq”.

Xatırladaq ki, kirayə mənzilə müraciət yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə ilə də həyata keçiriləcək.

 

Hicranə Əlişqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir